Gündəm

AYB- nin üzvü, hüquq müdafiəçisi və baş redaktoru Polis Mayoru tərəfindən döyülüb (FOTO,VİDEO)

11-04-2017, 02:10
Cəlilabad rayon sakini AYB- nin üzvü, İnsan hüquq müdafiəçisi və «Regionsəa «qəzetinin baş redaktoru Asif Həsənli bu gün axşam saatlarında rayonda fəaliyyət göstərən Kral istirahət mərkəzində, bir neçə nəfər şəxslər tərəfindən vəhşicəsinə döyülərək ,aldığı xəsarət nəticəsində Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır qiymətləndirilir. Xəstənin yaxını adı şərti olaraq (C. Əliyevin ) Xeberman.com-a verdiyi açıqlamsında bildirib ki, Asif Həsənli Kral istirahət mərkəzinə tanıdığı hüquq mühafizə orqanının əməkdaşları tərəfindən dəvət edilib. Orada yaranan mübahisə zamanı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin Cəlilabad Rayon İstintaq şöbəsinin rəisi Polis Moyoru Eldar Məmmədovun baş nahiyəsinə içdiyi araq butulkası ilə vurduğunu iddia edir. Zərərçəkmişin yaxını onuda bildirb ki, Asif Həsənlinin vəhşi kimi döyülməsində bir neçə nəfərin iştirakı olub və hadisə bir neçə polis işçilərinin gözü qarşısında baş  AYB- nin üzvü, hüquq müdafiəçisi və baş redaktoru Polis Mayoru   tərəfindən   döyülüb (FOTO,VİDEO)versə də həmin polis işçiləri hadisəyə biganə qalıb. Çox təəsüf ki, bir neçə saatdır xəstə xəstəxanada olmasına baxmayaraq, dəfələrlə 102 xidmətinə zəng etsələr də, bu vaxta kimi hər hansı bir hüquq mühafizə orqanının əməkdaşı xəsarət alan Asif Həsənlidən izahat alınmadığı deyilir. Asif Həsənlinin yaxını Xeberman.com-a bildirib ki, 1- gün keçməsinə baxmayaraq bu ölkənin polisi, prokrorluğu məsələyə hələ də biganə qalmaqda davam edir. Dəfələrlə 102 qaynar xəttinə, baş prokrorluğun qaynar xəttinə müraciət etsək də istintaqın rəisi Eldar Məmmədovun adının olduğuna görə məsələyə reaksiya vermək istəmirlər. Digər xəsarət yetirmis rayon sakini Rizvan Məmmədov da qaçıb gizlənərək ölkədən cixmağa çalışır. İstintaqın rəisi Eldar Məmmədovun göstərişinə əsasən xəstəyə təcili tibbi yardım tərəfindən maşın da verilmir ki, xəstə Bakıya aparılsın. Baş həkim İlham Əliyev təcili yardım avtobusu verəcəyinə əmin etsə də gecə saatlarında qəfildən telefonu söndürdü. Müavini Valeh Məmmədov ise artıq bu məsələ mənlik deyil deyib. Mən təcili tibbi yardım maşını verə bilmərəm deyib ,telefonlarımıza bir daha cavab vermədi. Valeh Məmmədov bizdən pul istədi. Sonradan nə qədər pul lazımdırsa verməyə hazır olduğumuzu bildirsək də biz maşın verə bilmərik söylədi. Xəstə hazırda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında baxımsız vəziyyətdədir. Bu ölkənin ən baxımlı saytı və səhifəsi olduğunuzu bildirərək yayimlamağınızı acizane xahiş edirik. Vəziyyət gərgindir.

Xeberman.com saytı olaraq məsələni diqqətdə saxlayırıq. Bizi izləməyə davam edin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]