Gündəm

Jurnalist Fikrət Fərəməzoğlunun şikayətinə baxılacaq

29-03-2017, 14:22
Jurnalist Fikrət Fərəməzoğlunun şikayətinə baxılacaq
[i]Xeberman.com-un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F.Fəraməzoğlunun vəkilləri Elçin Sadıqov ötən prosesdə vəsatət qaldıraraq, istintaq dövründə tərtib olunmuş baxış protokolundakı imzaların F.Fərəməzoğluna məxsus olub-olmamasının araşdırılmasını istəyib.

Vəkil bunun müəyyən olunması üçün məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini tələb edib.

Məhkəmə heyəti müşavirəyə yollanıb. Bu gün müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Vəsatət təmin edilib, iş məhkəmə xəttşünaslıq ekspertizasına göndərilib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]