Gündəm

Sabitlik və asayişin bünövrəsində böyük zəhmət dayanır

23-03-2017, 19:00
Sabitlik və asayişin bünövrəsində böyük zəhmət dayanır


Çox az peşə sahibləri var ki, onların fəaliyyət sferası həm dövlətçiliyin, qorunmasında, həm də birbaşa xalqın ictimai-siyasi azadlıqlarının təmin olunmasında müstəsna əhəmiyyət daşıyır. Belə peşə sahibləri sırasında ilk növbədə minnətdarlıqla sadalanmalı kontingent polislərdir.
Ulu öndər, müasir Azərbaycanın memarı Heydər Əliyevin kadr siyasətində və seçimində apardığı fundamental dəyişikliklər illərlə formalaşmış neqativ əhval-ruhiyyədə redaktələr etməyə yetərli oldu. Təsadüfi deyil ki, daxili işlər naziri Ramil Usubovun verilən tapşırıqları, imzalanan fərman və sərəncamları yeridilən daxili siyasətə uyğun yüksək səviyyədə icrasına nail olması polis sistemində nəhayət ki, sağlam mühiti bərqərar etdi.
Bu gün bölgələrdə və ən ucqar yaşayış məntəqələrində belə qəti əminlik var: dövlətçiliyin qorunmasında ən sədaqətli strukturlardan biri də polis sistemidir, həm də və eyni zamanda, onlar insanların rahatlığı üçün Konstitusiyada nəzərdə tutulan birgəyaşayış qaydalarının təminatçısıdırlar. Son vaxtlar DİN rəhbərliyi səviyyəsində aparılan kadr dəyişiklikləri də bunu isbat edir ki, bu gün yol polislərimiz gecə-gündüz yorulmadan işləyirlər və vətənə sədaqətlə xirmət edirlər.
Bu yaxın vaxtlarda yolum Qırmızı Körpü tərəfə düşmüşdü. Şəmkir yolunda xidmət aparan yol polislərimizlə qısada olsa söhbət etməyə macal tapdım.

Bilirsiz bəzən bir nəfərin səhvi yüz nəfərin zəhmətini heçə endirir. Amma doğruları bilənlər bilir ki, bir nəfər hamıya, hamı da bir nəfərə cavabdeh deyil. Dövlət yol polisinin sıralarında həqiqətən əziyyət çəkənlər, can qoyanlar, xidmətə canla-başla yanaşanlar var. Və mən tam əminəm ki, onların sayı çoxdur. Zaman-zaman onlarla birlikdə müxtəlif tədbirlərdə, reydlərdə iştirak edərkən gördüklərimdən bilirəm ki, bu uşaqlarla ölümə də getmək olar. Komandirlərin, rəislərin bir kəlməsi ilə özünü təhlükəyə atan, azğın, cinayətə meyilli sürücülərlə üz-üzə qalan bu polislərin əksəriyyəti ilə dostluq edirik. Onları haradasa görəndə dayanıb görüşmədən keçmirəm. Mənim onlara böyük hörmətim var. Onların əksəriyyəti sıravi yol polisləridir. Onların arasında hər gün xəbərləri izləyən, yol hərəkəti qaydaları, sürücülər və polislərlə bağlı baş verən yenilikləri diqqətdən qaçarmayanlar var. Bəzən ayaqüstü də olsa müxtəlif məsələləri müzakirə edirik, yenilikləri analiz edirik. Məndə xoş təəssürat oyanır ki, onlar nəsə öyrənməyə çalışırlar. Onları sadəcə, düzgün istiqamətləndirmək lazımdır. Onların hamısı mükəmməl insan deyillər. Onlar müxtəlif ailələrdən çıxıblar və müxtəlif təlim-tərbiyə görüblər.
Yol polislərinin bəzilərini şəxsən tanıyıram, bəzilərini isə yox. Amma onları hər dəfə yağışın, qarın altında, şaxtanın qarşısında xidmət apardığını görəndə həm üzülürəm, həm də qürrələnirəm ki, polis bizim keşiyimizdədir və biz sürücülərin rahatlığı üçün xidməti davam etdirir. Hər halda, yağışın altında, şaxtanın qarşısında, istidən yana-yana yolda heç kim boş-boşuna durmaz. Heç bilirsinizmi o asfaltın üzərində nə qədər xəstəlik var? Hansı ki, yol polislərinin gününü o asfaltın üzərində keçir. Vaxt tapıb Gəncə Yol Polisi İdarəsinin rəisi polis pokovniki Rəhim müəllimlədə söhbət etdik.

“Bizim idrə ardıcıl olaraq reydlər keçirir. Reydləri keçirməkdə məqsədimiz baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. Onu da əlavə edim ki, son zamanlar xidməti ərazimizdə yol qəza hadisələrinin sayı azlıb. İdarəmizdə xidmət aparan YPX-ti əməkdaşları bütün sutqa ərzində yollara nəzarət edirlər. Hətda şəhərin bütün küçələrinə, yollarına da kameralar vasitəsi ilə nəzarət olunur. Ona görədir ki, yol qəzalarının sayı getdikcə azalır. Bu gün hər bir polis əməkdaşı üzərinə düşən vəzifəni ləyaqətlə həyata keçirirlər”. - deyə Rəhim Zalov bildirdi..

Ulu Öndər Heydər Əliyev deyib ki, Daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Həqiqətəndə belədir. Bu gün Bizim polislərimiz şərəflə vətəninə xalqına xidmət edir. Doğrusu mən yolda yol polislərini görəndə sevinc hissi keçirirəm ki, nə yaxşı ki, siz varsız. Siz bu gün bizim gələcəyimiz olan uşaqların qarantısız.
Həftə ərzində 7 gün , gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Eyni zamanda, hər bir insanın “tərcümeyi-hal”ında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, deyəsən, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.
Elə buna görədir ki, Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixdə “Azərbaycan Polisi gününün təsis edilməsi haqqında” fərmanına əsasən iyulun 2-si Azərbaycan Daxili İşlər Orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Azərbaycan polisinə verilən bu önəmin səbəbi ondan qaynaqlanır ki, ulu öndər ölkəmizdə daim polisin fəaliyyətinə önəm verib. İctimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında Daxili İşlər Orqanlarının fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib.

Namiq Mustafayev

Administratorla əlaqə

077 611-55-22

[email protected]