Gündəm

F.FƏRAMƏZOĞLU :ŞƏRƏFSIZ SƏNSƏN,ÜZƏDURAN

24-02-2017, 23:06
Xeberman.com-un verdiyi məlumata görə, bu gün Fikrət Fəraməzoğlunun məhkəməsi oldu.Məhkəməyə BMCMİ-nin əməkdaşları İbrahim Kazımov,İslam Ağabəyov və.s şahid qismində ifadə vermək üçün məhkəməyə dəvət olunmuşdu.
Məhkəməyə şahid qismində ilk ifadə verən İbrahim Kazımov oldu.O ifadəsinə başlamamışdan qabaq hakim İbrahim Kazımova sual verdi.Zərərçəkənləri və Fikrət Fəraməzoğlunu əvvəllər tanıyırdın?və yaxudda bunların hər hansı biri ilə ədavətin yoxdu?
İbrahim Kazımov :Xeyr heç bir tanışlığım və ədavətim yoxdur.
Bundan sonra İbrahim Kazımov ifadə verməyə başladı. O ifadəsində bildirdi ki,Mehman Həsənov BMCMİ -nə gəlib ərizə yazdı ki, F.Fəramazoğlu ondan yazı yazmamağının müqabilində ayda 3000 manat pul istəyir.Bunu rəhbərlik eşidəndən sonra əməliyyat qurupunun yaradılmasını, F.Fəraməzoğlunun iş başında həbs olunması göstərişini verdi.Əməliyyat qurupu yaradıldı.Biz görüş yerinə getməyə doğru hərəkət edirdik.Yol əsnasında F.Fəraməzoğluna M.Həsənov dəfələrlə zəng etdi. Onun telefonuna zəng çatmadığı üçün onun Nərmanovda oturduğu ofisinə doğru hərəkət etdik.Ora çatanda M.Həsənov maşından düşdü ofisə getdi və qayıtdı.Ofisdə olmadığını bildirdi.Biz razılaşdırılmış görüş yerinə doğru getdik.Bir neçə deqiqə durmuşduq ki,bir də gördük ki,F.Fəraməzoğlu M.Həsənova yaxınlaşdı.Pulu götürdükdən sonra biz onlara doğru yaxınlaşdıq və F.Fəraməzoğluna bildirdik ki, biz BMCMİ-dənik və həbs olunduğunu bildirdik.
Vəkil Elçin Qasımov :Əməliyyata kim rəhbərlik edirdi?
İbrahim Kazımov:Mən rəhbərlik edirdim.
Vəkil: M.Həsənov zəng edəndə F.Fəraməzoğluna zəng çatmırdı?
İbrahim Kazımov:Yadımda deyil,fikirimdən çıxıb.
Vəkil M.Həsənova sual verdi.
F.Fəraməzoğluna zəng çatırdı?
M.Həsənov çatırdı,amma götürmürdü telefonu
Vəkil:İbrahim Kazımov zəng çatmadığını bildirir axı.
M.Həsənov əgər İ.Kazımov deyirsə ki,zəng çatmır ,demək çatmır.
Hakim vəkilə etiraz edir:Belə sual olmaz. Bu sualı çıxardın .
Bu zaman vəkil Elçin Sadıqov:Mən sual vermirəm hörmətli hakim,fikir bildirirəm.
Hakim:Bildirmə xahiş edirəm.
Hakim:Digər sual verən var?
Digər vəkil isə sualının olduğunu bildirdi:
Fikrət Fəraməzoğlunu necə həbs elədiniz?
İbrahim Kazımov:M.Həsənovla bunlar görüşdükdən sonra pulu M.Həsənov F.Fəraməzoğluna verdi. Ondan sonra biz yaxınlaşdıq F.Fəraməzoğluna.
Vəkil:Olar hörmətli hakim F.Fəraməzoğluna sual verim?
Hakim etiraz etmir.
Vəkil:Sən necə həbs olundun Fikrət bəy?
F.Fəraməzoğlu:Hörmətli hakim və hörmətli vəkillər bu yalan danışır.
İbrahim Kazımov :Yalan sən danışırsan, şərəfsiz.
F.Fəraməzoğlu :şərəfsiz sənsən,üzəduran
Hakim hər ikisinə etiraz edir ki,bir-birinizi təhqir etməyin,əks təqdirdə protokol hazırlayacam.
F.Fəraməzoğlu fikirinə davam edir.Mən" Alma "restoranında yemək yeyirdim.M.Həsənov mənə dəfələrlə zəng edirdi,mən açmırdım.Çünki onunla danışmaq istəmirdim.
Vəkil müdaxilə edir:Fikrət bəy necə həbs olunmağınızdan danışın.
Hakim vəkilə etirazını bildirir ki,müdaxilə etmə.
Vəkil:Vaxtın az olduğuna görə istəyirəm ki,qısa danışsın.
Hakim:vaxtdan narahat olma, vaxtımız çoxdur.
F.Fəraməzoğlu :"Alma" restoranından çıxan kimi maşına mindim.Bu zaman mənə bir nəfər yaxınlaşdı.F.Fəraməzoğlu sənsən?Dedim bəli mənəm.Bundan sonra qoluma qandal vurdular,məni arxaya otuzdurdular ,İbrahim Kazımov maşını idarə elədi, məni öz maşınımla şəhəri gəzdirdilər və sonra tutduqları yerə gətirdilər.Həmin vaxtı üzünü görmədiyim bir nəfər cibimə pul qoydu.Mən də ona dedim ki, qoyduğunu götür adam şərəfsiz olmaz.İlk dəfə elə bildim narkotikdi.Gələndə ki,hadisə yerinə Kərəm,M.Həsənov və digərləri orda idi. Məni maşından düşürdülər. Mən M.Həsənovu görəndə iki-üç kəlmə ona söz dedim. Bu zaman Kərəm məni vurdu.Sonra dedilər üstündə nə var?Mən dedim üstümdə 18 manat pul,5-6gilə siqaret və telefonlarım var,birdə cibimə qoyduqlarınız.
Vəkil:Kərəm o əməliyyatda iştirak edirdi?
İbrahim Kazımova:Xeyr iştirak etmirdi.
Vəkil:Bəs F.Fəraməzoğlu deyir ki,Kərəm bu əmliyyatda iştirak edirdi?
Hakim etiraz edir :Bu sualı çıxardın.
Vəkil:Nə üçün hörmətli hakim?
Hakim?Hazır bir dəfə soruçdun oda dedi xeyr iştirak etmirdi,ikinci dəfə niyə verirsən.?
Vəkil:Evdən nə götürdüz?
İbrahim Kazımova:F.Fəraməzoğlunun kompyuterini götürüb çıxdıq.
F.Fəraməzoğlu:Uşağımın karnaval kasetlərini, multfilim disklərini,uşağın oyun tabletini
İbrahim Kazımova:Xeyr elə şey olmayıb
F.Fəraməzoğlu:daha mənim sözüm yoxdu.
İbrahim Kazımovun ifadəsi yekunlaşdırdıqdan sonra İslam Ağabəyov ifadə verməyə başladı. O da eynən İ.Kazımovun dediklərini təkrarladı .Onun ifadəsi yekunlaşdıqdan sonra prokror sual verməyə başladı.Prokrorun sualından sonra isə Vəkil Elçin Sadıqov sual verməyə başladı.Əməliyyat kamera ilə görüntülənib?
İslam Ağabəyov :Xeyr görüntülənməyib.
Vəkil: E.Sadıqov niyə?
İslam Ağabəyov :Bilmirəm ,onu əməliyyatın rəhbərindən soruçun.
Hakim etiraz etdi.Bu sualı çıxardın.
Vəkil:E.Sadıqov: niyə hörmətli hakim.
Hakim:bu onu hardan bilsin. Onu əmliyyatın rəhbərindən bayaq soruçardın.
Vəkil:F.Fəraməzoğlunu necə həbs elədiniz?
İslam Ağabəyov :Biz görüş yerinə gəldik,orda müşahidə aparırdıq. Birdə gördük ki, F.Fəraməzoğlu M.Həsənova yaxınlaşdı. 3000 manatı verəndən sonra biz yaxınlaşdıq. Ona özümüzü təqdim etdik,və üstündə nə olduğunu soruçduq. O da dedi ki, cibimdə 18 manat, bir siqaret,iki telefon və 3000 manat var. M.Həsənovdan aldığı 3000 manatı bizə təqdim etdi. Və onu İbrahim Kazımovun maşınına mindirib apardıq
Vəkil:F.Fəraməzoğlu ora nə ilə gəlmişdi.?
İslam Ağabəyov :Bilmirəm.
F.Fəraməzoğlu:Siz mənim maşınımı görmədiz?
İslam Ağabəyov :xeyir.
F.Fərzməzoğlu:Siz məni maşınıma qoyub şəhəri gəzdirmədiz?
İslam Ağabəyov : Elə şey olmayıb.
F.Fəraməzoğlu :bəs mənim maşınım hardadır?
İslam Ağabəyov :bilmirəm.
F.Fəraməzoğlu :daha mənim sözüm yoxdu.
Vəkil: Fikrətin evinə necə oldu getdiniz?
İslam Ağabəyov :F.Fəraməzoğlu özü könüllü olaraq bildirdi ki, evimə gəlib baxış keçirə bilərsiz. Bizdə F.Fərəməzoğlunun evinə getdik onunla birgə . Evin qapısını Fikrət açarla açdı. Evə daxil olduq . Baxış keçirib onun notbukunun götürüb çıxdıq.
Fikrət Fərməzoğlu: Evdə heç kimi yox idi?
İslam Ağabəyov: Heç kimi yox idi, olsa da mən görmədim.
F.Fərməzoğlu evə ancaq baxış keçirdiniz? hec nə etmədiniz?
İslam Ağabəyov: Xeyir heç nə etmədik.Baxış keçirdik.
F.Fərməzoğlu: Baxış elə olmur.Siz əməli -başlı yoxladınız evimi.
Vəkil: Tutub gətirərkən Fikrəti protoqolda olan qollar onundu.?
İslam Ağabəyov: Mən o barədə heç nə deyə bilmərəm çünki porotokolu mən yazmamışam.
Hakim vəkilin sualına etraz edir .Bu sual çıxardın.Ehtiyac yoxdur cavab verməyə
Vəkili: Niyə?
Hakim: bu hardan bilsin o protokolu bu yazmayıb.
Suallar yekunlaşıb İslam Ağabəyov ifadəsin bitirdi. Bundan sonra yeni bir şahid gəlib ifadə verdi.Bu zaman vəkil Elçin Sadıqov iş saatının bitdiyini səbəb gətirərək məhkəmənin yekunlaşmasın istəyir.
Hakim isə eybi yoxdur.İfadələr davam etsin mən yenidən şahidləri gətizdirməyəcəm. Bu zaman Elçin Sadıqov yerindən durur gedir.Ardıncada digər vəkilLər və Fikrət Fərməzoğlun ailə üzvüləri zalı tərk edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]