Gündəm

Azərbaycanda FACİƏ: Qar uçqununda ölənlərin kimliyi bilindi – VİDEO

23-02-2017, 18:07
Bir ailənin 4 üzvü qarın altında qaldı.

Ölənlərdən ikisi azyaşlı uşaqlardır.

Bu gün günorta saatlarında Lerik rayonunda qar uçqunu baş verib.

ARB TV xəbər verir ki, hadisə rayonun Orand kəndində qeydə alınıb. Qar topasının kənd sakini Mustafayev Əhliman Həbibulla oğlunun evinin üstünə düşməsi bədbəxt hadisəyə səbəb olub. Evin uçması nəticəsində ev sahibinin həyat yoldaşı - 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini - 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Mustafayevin həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə baş verən anda evdə olanlardan ikisi çətinliklə də olsa xilas edilə bilib.

ARB TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, xilasetmə qrupu, həkim briqadası, rayon rəhbərliyi, icra hakimiyyətinin başçısı hadisə yerinə yollanıblar. Kənd rayon mərkəzindən 17-18 km aralıda yerləşir. Dağlıq ərazidədir və orada hündür, qalın qar örtüyü var. Xüsusi texnika vasitəsilə yol təmizləndikdən sonra maşınlar ora doğru hərəkət edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]