Gündəm

Siyasi məhbuslarla bağlı müzakirələr olacaq

21-02-2017, 02:04
Siyasi Məhbusları Müdafiə Mərkəzi ““Nardaran işi”; siyasi motivlər, qanunsuzluqlar və reallıqlar” mövzusunda Araşdırma- Hesabat hazırlayıb. Sabah Hesabatın təqdimatı keçiriləcək, siyasi məhbuslarla bağlı müzakirələr olacaq.
Son günlər Hollandiyada yaşayan siyasi mühacir Orduhan Temirhanın Bakıdakı qohumlarının- bacılarının, qardaşlarının və onların övladlarının polisə aparılaraq təzyiqlərə məruz qalması, siyasi repressiyaların güclənməsini nəzərə alaraq sabahkı toplantımızda bu məsələni də müzakirəyə çıxaracayıq.
Azərbaycanda siyasi məhbus probleminə laqeyd qalmayan, Orduxan Teymurxanın qohumlarının timsalında sadə vətəndaşlara qarşı həyata keçirilən repressiyalara göz yummayan hər kəsi toplantıda iştiraka dəvət edirik.
Toplantı 21 fevral saat 14 00- da olacaq. Gəlmək istəyənlər yerlə bağlı inboxa yaza bilərlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]