Gündəm

Ramil Usubov generalı işdən çıxardı

19-02-2017, 00:04
Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

APA-nın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

DİN-dən faktı təsdiqləyiblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]