Gündəm

İki nazir müavini də vəzifədən getdi

15-02-2017, 15:41
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə Prezident İlham Əliyevin 13 fevral tarixli sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin nazir müavinləri də vəzifəsini itirib.

Xeberman.com axar.az-a istinadla xəbər verir ki, Nəqliyyat nazirinin müavinləri Musa Sədi oğlu Pənahov və Arif Nəriman oglu Əsgərovun da nazirliyin ləğvindən sonra yeni təyinatları yoxdur.

Keçmiş nazir müavini M.Pənahov 1959-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

23 fevral 2004-cı ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.

Digər sabiq müavin – A.Əsgərov 1961-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu bitirib.

9 fevral 2015-ci ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov da nazirliyin ləğvi ilə vəzifəsini itirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]