Gündəm

Türkiyəli nazir Bakıya gəlir

15-02-2017, 00:02
Türkiyəli nazir Bakıya gəlir Fevralın 23-ü Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik Azərbaycana səfər edəcək.

Trend-in Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən məlumatına görə, nazir Azərbaycan-Türkiyə biznes forumunda iştirak edəcək.

Tədbirdə həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, Türkiyənin Xarici iqtisadi əlaqələr Şurasının rəhbəri Səlcuq Akat və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edəcək.

Bundan başqa həmin forumda kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 150-yə yaxın sahibkarın iştirakı planlaşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]