Gündəm

Gənc fəal Fuad Əhmədli növbəti dəfə karserə salınıb

9-02-2017, 21:15
Xeberman.com-un verdiyi məlumata görə, bu barədə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev öz facebook səhifəsində xəbər yayıb.
Bu gün Fuad Əhmədli ilə bağlı yeni problem yaranması barədə məlumat aldığım üçün təcili Kürdəxanı istintaq təcridxanasına gedəsi oldum. Orada Fuad Əhmədli ilə görüşdüm. Məlum oldu ki, şənbə günü onu yenə karserə salıblar. Bəhanə ümumi istifadə üçün olan qidanı qızdırarkən kameraya tüstü yayılması olmuşdur.
Məsələ ondadır ki, bütün kameralara qida qızdırmaq üçün qızdırıcı (plitka) verilib, istisna yalnız Fuad Əhmədlinin qaldığı kameradır (plitkanın verilmə şərtlərini bu istintaq təcridaxanasında olanlar bilir). Bu səbəbdən kamerada olanlar qidanı müxtəlif üsullar ilə qızdırmalı olurlar. Bu dəfə tüstü bir qədər çox olub. Qidanın ümumi olmasına və kamerada saxlanılanların hamısının onun qızdırılmasında iştirakına baxmayaraq təqsirkar Fuad Əhmədli bilinmişdir. Şənbə günü səhər karserə salanda ona elan etmişdirlər ki, cəza müddəti 3 gündür. Belə olduqda müddət sabah səhər bitməli idi. Lakin nədənsə onu karserdən birisi gün axşam buraxmaq istəyirlər.Son zamanlarda Fuad Əhmədli artıq 2-ci dəfədir ki, müxtəlif bəhanələrlə karserə salınır. Karserdə saxlanılması həm də onun səhhətindəki problemləri gücləndirir. Çünki karserə köçrülərkən yalnız əynindəki nazik paltarda olmuşdur. Karserdə verilən qida isə onun səhhətinə ziyandır. Qanunsuz həbsdə saxlanılması kifayət etmir, belə cəzalarla onun vəziyyəti bir az da ağırlaşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]