Gündəm

Qarabağda döyüş başladı - 7 ölü-yenilənib

8-02-2017, 22:50
Qarabağda gedn döyüşlərdə erməni ordusunun mühəndis qoşunlarının 38 yaşlı podpolkovniki Qexam Manukyan da ölənlər arasındadır.

Bu barədə virtualaz.org-a Qarabağdakı mənbələr bildiriblər. O, mühəndis-istehkam qoşunlarında xidmət edirmiş. Mənbələrin bildirdiyinə gör bu gün səhər saatlarından etibarən Xankəndi hospitalına yaralılar daşıyırlar. Hospitalda yaralıların sayının getdikcə artdığı bildirilir, morqda isə azı 5 əsgər cəsədi var. Mənbəmiz həmin hərbçilərin adlarını və soyadlarınə dəqiqləşdirməyə çalışır.

***

Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Bu barəə Müdafiə Nazirliyindən istiqlal.az-a daxil olan məlumatda bildirilir.

Məlumata görə, dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir.

***
Dağlıq Qarabağa daha bir erməni əsgəri ölüb, biri isə ağır yaralanıb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, müqavilə əsasında xidmət edən 38 yaşlı G. Manukyan səhər saat 11:00 radələrində öldürülüb. Erməni tərəfi onun Azərbaycan ordusunun atəşi nəticəsində öldüyünü iddia edir.

Digər insident isə saat 12:00 radələrində Ağdərə istiqamətində baş verib. Həqiqi hərbi xidmət keçən 29 yaşlı Koryun Kirakosyan ağır yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]