Gündəm

(MSŞA) Koalisiyasının 168-ci iclası keçirilib

31-01-2017, 20:02
Xeberman.com-un verdiyi məlumata görə, 31 yanvar 2017-ci ildə İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" Koalisiyasının 168-ci iclası keçirilib. İclasda öncə fevralın 2-də keçiriləcək Çoxtərəfli Qrupun (ÇQ) iclasına hazırlıq məsələləri müzakirə olunub, yeni seçilmiş ÇQ-nin üzvlərinin mandatının təsdiq olunması ilə bağlı süni olaraq yaradılmış problemdən narahatlılıq ifadə olunub. Qeyd olunub ki, MHŞT-nin 1.4. Standartınını b) bəndində göstərilir ki, "Hər bir maraqlı tərəf plüralist və dəyişkən təmsilçilik istəyini nəzərə alaraq, öz nümayəndəsini seçmək hüququna malik olmalıdır. MHŞT-yə Çoxtərəfli qrupun üzvləri kimi cəlb edilmiş vətəndaş cəmiyyəti qrupları əməliyyat və siyasət baxımından dövlətdən və/yaxud digər şirkətlərdən azad olmalıdırlar." Uzun müzakirələrdən sonra Çoxtərəfli Qrupda vətəndaş cəmiyyəti üzvlərinin maliyyələşmə mənbələri, iş proqramları, onların vəzifələri, şəffaf və hesabatlı fəaliyyətlərinə dair qaydalar qəbul olunub.
Şura iclasında 2015-ci ilin MHŞT hesabatına Mədən sənayesində şəffaflığın artırılması" Koalisiyasının Rəyi müzakirə olunaraq qəbul edilib. Sonda Şura üzvləri sabah Bakıya səfır edəcək, MHŞT Beynəlxalq İdarə Heyətinin sədri Fredrix Reinfeldtlə görüşə hazırlıq məsələləri müzakirə olunub və ona müraciiət qəbul olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]