Gündəm

Trampı təhdid etdi: “Məni təslim etsəniz...” - ŞOK MƏKTUB

26-01-2017, 23:40
Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Gülənin ABŞ-ın yeni prezidenti Donald Trampa məktub ünvanlandığı ortaya çıxıb.

Xeberman.com xəbər verir ki, “Türkiyə” qəzetinin köşə yazarı Fuat Uğur Gülənin məktubunda nələrin olduğunu yazıb.

Trampın andiçmə mərasimindən öncə ünvanlanan məktubda F.Gülən ABŞ-a etdiyi xidmətlərdən, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Federal Tədqiqatlar Bürosuna (FTB) işləməsindən bəhs edib.

“Məni Türkiyəyə təslim etsəniz, hər şeyi danışaram”, - deyə Gülən məktubunda Trampı təhdid edib.

Məktubda deyilir:
“Türkiyə və bütün dünyada ABŞ-la birlikdə hərəkət etdik. Heç bir tərəfdə deyiləm. Amma haqqımdakı iddialar məni dindirmək üçün ələ keçirmək istəyənlər tərəfindən ortaya atılır. Əgər bizə sahib çıxsanız, sizinlə daha aktiv şəkildə işləyərik. Dünyanın dörd bir yanındakı adamlarımız xidmət etməyə hazırdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]