Gündəm

Əlövsət Əhədoğlu ailə üzvüləri ilə birgə polisə çağırılıb.

26-01-2017, 03:32
Əlövsət Əhədoğlu ailə üzvüləri ilə birgə polisə çağırılıb. Xeberman.com-un verdiyi məlumata görə , bu barədə Əlövsət Əhədoğlu "Facebook" səhifəsində yazıb ki, anamın dünyasını dəyişməsi ilə əlaqədar bəzi tədbirlərin icrası üçün rayona gəlmişəm.
Bir az əvvəl evdən zəng etdilər ki, polis sahə müvəkkili Elçin bir neçə nəfər polislə yaşadığımız evə gəlib və deyir ki, Sabunçu RPİ-nin rəisi mən, həyat yoldaşım və oğlum Elgizlə görüşüb söhbət etmək istəyir.
Mən sahə müvəkkili Elçinlə telefonla danışdım və RPİ-nə dəvət edilməmizin səbəbəini öyrənmək istədim. Lakin konkret bir şey öyrənə bilmədim.
Razılaşdıq ki, yanvarın 30-ga Bakıya qayıdım və 055 201 1410 nömrəli telefonla onunla əlaqə yaradım və birlikdə Sabunçu RPİ rəisinin yanına gedək.
Polisdən indiyədək bir xeyir görəni görməmişəm və ailəlikcə polisə çağırılmamızı da xeyir əlamət hesab etmirəm. Yəqin ki, yuxarıdan yeni sifariş gəlib və sifariş əsasında ya polisə müqavimət, ya narkotik, ya silah, ya kiməsə xəsarət yetirmə, ya da istənilən başqa bir cinayət maddəsinə "qonaq edilmək" üçün çağrılırıq: şərləməyə silahları, narkotikləri, üzəduran şər dağarcığı olan polisləri, ştatlı üzəduran şahidləri və s. də indidən hazırdır...
Lakin bəri başdan facebook vasitəsilə elan edirəm ki:
1. Bizim heç birimizin nə narkotiklə, nə silahla, nə dava-dalaşla, nə polisə müqvimətlə, ümumiyyətlə, cinayət sayıla biləcək heç bir şeylə əlaqəmiz yoxdur.
2. Polis İdarəsi rəisinin çağırışına da şərlənə biləcəyimizi gözə alaraq və hər cür təxribat ehtimalına qarşı maksimum ehtiyatlı, diqqətli olaraq gedəcəyik.
3. Bizim hansısa birimizə qarşı hansısa ittiham irəli sürüləcəksə, bu, ancaq siyasi sifariş əsasında şərləmə olacaq: daha dəqiqi, oğlum Tural Sadiqlinın siyasi fəaliyyətinə ğörə onun ailə üzvlərinin cəzalandırılması olacaq!

Administratorla əlaqə

077 611-55-22

[email protected]