Gündəm

BBC: "Təcili xəbər: Donald Tramp güllələndi"

22-01-2017, 23:49
BBC: "Təcili xəbər: Donald Tramp güllələndi"Teleradio şirkətinin mütəxəssisləri Twitter-dən xəbəri tez bir zamanda siliblər

BBC teleradio şirkəti özünün Twitter hesabında ABŞ prezidenti Donald Trampın yaralanması barədə yayılan xəbərləri araşdırır.

İstiPress-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Mirror qəzeti xəbər yayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, hakerlər BBC-nin Twitter hesabını sındıraraq belə bir məlumat yerləşdiriblər.

“Təcili xəbər: prezident Tramp inauqurasiya mərasimində əlindən güllə yarası alıb”, - deyə hakerlərin yerləşdirdiyi xəbərdə deyilir.

Lakin xəbər BBC mütəcəssisləri tərəfindən tezliklə silinib və buna görə üzr də istənilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]