Gündəm

“Azərbaycan hər an müharibəyə başlaya bilər”

18-01-2017, 04:51
“Azərbaycan hər an müharibəyə başlaya bilər”
Sabiq prezident Ayaz Mütəllibov dünən açıqlamasında bildirmişdi ki, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana qarşı müharibə edəcəyi danılmazdır 

Maraqlıdır, əgər müharibə gerçəkdən də gözlənilirsə, vəziyyət nə zaman gərginləşə bilər?

Moderator.az-ın mövzuyla bağlı sualını ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov cavablandırıb.
"Azərbaycan hər an müharibəyə başlaya bilər”

Y.Aydəmirov bildirib ki, müharibə hər an başlaya bilər: 

"Ayaz Mütəllibov deyir ki, Azərbaycanın müharibə edəcəyi danılmazdır. Ancaq Ali Baş Komandanın belə bir sözü var ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Bunu prezident ötən il aprel döyüşlərindən əvvəl də sonra da demişdi. Prezidentin daha bir sözü də var ki, Azərbaycan hər an müharibəyə başlaya bilər, bu gün də, sabah da. Azərbaycan Ordusu da müharibəyə, hər an döyüş tapşırığı almağa tam hazırdır. Konkret müharibə qərarını isə ancaq Ali Baş komandan verə bilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]