Xeberman.com
loading...
Gündəm

Yerevandan Bakıya daha bir erməni gəlir

4-01-2017, 22:46

Bu gün səhər xəbər verdiyimiz kimi, sosial şəbəkələrin daha bir aktiv istifadəçisi, ictimai fəal və insan hüquqları pozulmuş Ermənistan vətəndaşı Azərbaycan hakimiyyətinə son ümid yeri kimi müraciət edərək, hüquqlarının bərpa edilməsini istəyib.

T.Arzumanyan və onun ailə üzvləri – həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti təırəfindən total izlənmənin qurbanlarıdır. Bundan əlavə, Azərbaycan hakimiyyətinə müraciətin müəllifi qeyd edir ki, Ermənistan-Azərbaycan sülh platformasının yaradılması təşəbbüsünü xüsusi maraqla izləyib və qrupun iştirakçılarını səmimi qəlbdən dəstəkləyir.

T.Arzumanyanın müraciəti onun şəxsi səhifəsində Yeni İldən az öncə, dekabrın 27-də dərc olunub. Bundan dərhal sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, mənəvi və fiziki təzyiqlərə məruz qalıb.

T.Arzumanyan virtualaz.org-un xüsusi müxbirinin suallarını cavablandırıb:

- KİV-də yayılan məlumata görə, Ermənistanda başınıza gətirilən qanunsuzluqlardan bezərək, Azərbaycan Respublikasına kömək üçün müraciət etmək niyyətindəsiniz. Bu həqiqətənmi belədir?

- Bəli, mən kömək üçün Azərbaycana müraciət etmək niyyətindəyəm, çünki anladım ki, öz ölkəmdə mənə və ailəmə kömək etmək fikrində olan yoxdur. Baxmayaraq ki, ailəmlə birlikdə Fransadan Ermənistana qayıdandan sonra (orada bizi Ermənistan səfirliyi və Liondakı erməni kilsəsi qarət etmişdi), 2015-ci ildən başlayaraq istisnasız olaraq Ermənistandakı bütün səlahiyyətli orqanlara, Ermənistan Respublikasında Fransa səfirliyindən tutmuş, DTX və Prezident aparatı da daxil olmaqla, müraciət etmişəm, bizə kömək edən yoxdur. Bizim tərəfə heç tüpürmək belə istəmirlər.

- Hələ 1994-cü ildə atəşkəs haqqında imzalanmış sazişə baxmayaraq, bu gün Ermənistan və Azərbaycan de-fakto müharibə vəziyyətindədir. Sizcə, Qarabağ müharibəsi Ermənistana və ümumilikdə, erməni xalqına nə verdi?

- Hər iki tərəf nəhəng insan itkisi verdi... Bu bizə yalnız çox böyük ağrı və məşəqqət verdi, halbuki bunlar olmaya da bilərdi...

- Özünüz və ailəniz Yerevandasınız. Orada vəziyyət necədir, insanların əhval-ruhiyyəsi hansı vizəyyətdədir, nəyə ümid edirlər?

- Faktiki olaraq 21-ci əsrin qətliamına məruz qalan xalqın əhvalı və ümidləri necə ola bilər? Hamı yalnız gündəlik problemləri ilə məşğuldur, həyatda qalmağa çalışırlar, gündəlik çörəkpulu dalınca qaçırlar... Əksər hallarda bu artıq mümkün olmur.

- Bu yaxınlarda Bakıda "Ermənistan və Azərbaycan arasında sülh platforması” yaradıldı və burada məqsəd xalq diplomatiyasının köməyi ilə Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə addımlar atmaq və bizim iki xalqı barışdırmaqdır. Siz də bu platformanı sosial şəbəkələrdə dəstəkləmiş az sayda cürətli Ermənistan vətəndaşlarından birisiniz. Platforma və onun perspektivləri barədə nə deyə bilərsiniz?

- Bəli, biz, bütün mənim ailəm sülh istəyirik. Bu sülh hər iki xalqın arzusudur və o zəruridir. Müharibədən, qurbanlardan və bu illərdə keçdiyimiz əzab-əziyyətdən yorulmuşuq. Fikrimcə, Bakı platforması bizi çatmağa can atdığımız məqsədə - sülhə və sağlam düşüncəyə yaxınlaşdırmaq iqtidarındadır.

- Bakıya gəlməyə hazırsınızmı?

- Əgər Azərbaycan ailəmin təhlükəsizliyinə zəmanət verərsə, bəli, biz gəlməyə hazırıq.

Vahan Martirosyan

loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group