Xeberman.com
loading...
Gündəm

Tramp Ermənistanı xəritədən siləcək

3-01-2017, 23:01
Tramp Ermənistanı xəritədən siləcək
"ABŞ Cənubi Qafqazda mövqelərini radikal dəyişəcək - kiməsə güzəştə gedəcək, kimisə radikallaşdıracaq, amma Ermənistan siyasi xəritədən silinəcək”. İstiPress-in məlumatına görə, bu barədə erməni ekspert, Qarabağ hərəkatının keçmiş liderlərindən biri İqor Muradyan bu gün yazdığı məqaləsində bildirib. "Ermənistan silahlı qüvvələri başını itirəcək. Ermənistan ordusu Azərbaycana qarşı müdafiə məsələsini müstəqil şəkildə həll etmək qabiliyyətini itirəcək”, - deyə Muradyan vurğulayıb. Muradyan bu proqnozlarının Trampın prezident seçilməsi ilə bağlı olduğunu bildirib: "Mümkündür ki, vassala çevrilmiş və ABŞ-ın yardımından yararlana bilməyən kiçik ölkələrin vəziyyəti dəyəşəcək. Suverenliyini itirmiş Ermənistan da belələrindəndir ABŞ Ermənistana necə yanaşmalıdır? Heç cür, Ermənistanının bütün şans və gözləntiləri tükənir. Onu daha çox müstəmləkələşmək, yoxsulluq, siyasi və hərbi köməksizlik gözləyir”. Qeyd edək ki, ABŞ-ın erməni lobbisi ənənvi olaraq Demokratlar Partiyasını dəstəkləyir. Bu dəfə də səslərini Hillari Klintona veriblər. Klinton ailəsi ənənəvi ermənipərəst mövqeyi ilə tanınır. Bill Klinton 1997-ci ildə Madrid görüşündə Azərbaycana qeyri-rəsmi şəkildə təzyiq göstərərək Ermənistanın xeyrinə sənədə qol çəkməyə vadar etmək istəmişdi. Lakin mərhum Heydər Əliyev onda yanına gəlmiş Albert Qoru qovaraq bunun üstündən xətçəkmişdi. Hillari Klinton isə dövlət katibi olanda hər gün Qarabağdan məlumat alırmış.
 
loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group