Gündəm

İstanbul teraktını törədənin kimliyi bəlli oldu - FOTO

3-01-2017, 18:13
İstanbulda gecə klubunda qətliam törədən cinayətkarın şəxsiyyəti məlum olub.

Ölkə.Az xəbər verir ki, terrorçu Qırğızıstan vətəndaşıdır.

Türkiyə hüquq-mühafizə orqanları terror aktında şübhəli bilinən caninin şəxsiyyətini müəyyən ediblər.

Bu, Qırğızıstan vətəndaşı, 28 yaşlı Yahya Maşrapovdur. Terrorçunun pasportu Türkiyənin " TRT World" dövlət kanalında nümayiş etdirilib.

Sənəd 2016-cı il 21 oktyabr tarixində Qırğızıstan dövlət reyestr xidməti tərəfindən verilib.

Cinayəkar hal-hazırda azadlıqdadır. Güc strukturları onun axtarışlarına davam edir.

Qeyd edək ki, terror aktına görə saxlanılanların sayı 14 nəfərə çatıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]