Gündəm

ABŞ Putin və ətrafına yeni zərbə hazırlayır

2-01-2017, 00:30

Respublikaçı-senator Lindsi Qrehem Kiyevə səfəri ərəfəsində "Azadlıq Radiosu”na intervyusunda bəyan edib ki, Amerikanın qanunverici şəxsləri 2017-ci ildə Rusiyaya yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

"Gələn il biz mövcud olanlardan əlavə yeni sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Bu sanksiyalar Rusiyanın bank və enerji sektoruna, FSB-yə, Putin və onun yaxın ətrafına təsir edə biləcək”, – Qrehem bəyan edib.

Onun fikrinə görə, "Rusiyanı dəyişməyə məcbur edəcək yeganə yol Putin iqtisadiyyatına və onun özünə Rusiyanın fəaliyyətinə görə böyük bədəllər ödətdirməkdir”. "Buna görə də gözləmək olar ki, 2017-ci ilin başlanğıcında hər iki partiyanın dəstəyi ilə konqres Rusiya iqtisadiyyatına kritik zərbələr vuracaq yeni sanksiyaların qəbuluna çalışsın”, – respublikaçı-senator bildirib.

O, həmçinin ümid edib ki, 20 yanvarda vəzifə başına gəlməli olan ABŞ-ın yeni prezidenti Donald Tramp həmin qanunu imzalayacaq. Qrehemlə Amerika deleqasiyasının tərkibində Kiyevə səfər edən senator-respublikaçı Con Makkeyn də ABŞ-dakı seçkilər vaxtı kiber-hücumlara görə anti-Rusiya sanksiyalarının genişlənəcəyini istisna etməyib.

"Mən əminəm ki, konqres yeni sanksiyaları təsdiq edəcək. Bilmirəm, Tramp onları imzalayacaqmı. Ancaq əgər bizlərdən 3-də 2-i leyhinə səs versə, onlar qanun halını alacaq”, – deyə Makkeyn bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]