Gündəm

CƏBHƏDƏ DÖYÜŞLƏR… – Erməni hərbçisi vuruldu

1-01-2017, 22:04

 CƏBHƏDƏ DÖYÜŞLƏR… – Erməni hərbçisi vurulduDağlıq Qarabağda Tərtər istiqamətində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində dünən baş vermiş növbəti qarşıdurma nəticəsində işğalçı erməni ordusunun əsgəri Qagik Vardanyan yaralanıb. Virtualaz.org Qarabağ separatçılarının nümayəndəsi Senor Asratyana istinad edən "Armtimes.com” portalının məlumatına əsasən bildirir ki, yaralı erməni əsgər hərbi hospitala çatdırılıb, vəziyyəti kritikdir.

S.Asratyan əlavə edib ki, döyüşlərin gedişində minaatanlardan istifadə edilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda isə bildirilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]