Gündəm

İstanbulda terrör - 39 ölü, 65 yaralı– FOTOLAR, VİDEO (Yenilənir)

1-01-2017, 15:20
İstanbuldakı "Reina” gecə klubunda qətliam bir terrorçu tərəfindən törədilib.

 

Xeberman.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.

 

S. Soylu deyib ki, bir qətliam törədilib. Olayda həyatını itirən 39 nəfərdən  4-ü də "Reina” gecə klubunun işçiləridir. Türkiyənin daxili işlər naziri  Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

 

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır. 

 

***

 

saat 09.00

 

İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.

 

O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.


Bayram gecəsi İstanbulda qanlı terror törədilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Ortaköy bölgəsində "Reina” adlı məşhur gece klubuna silahlı hücum edilib. İlkin məlumata görə, yerli vaxtla saat 01.15 radələrində "Şaxta Baba” geyimində olan 3 silahlı terrorçu gecə klubuna daxil olaraq, hər tərəfə atəş açmağa başlayıb. 

Həmin vaxt klubda  çoxusu gənclər olmaqla, 800 nəfərə yaxın insan olub. İlkin məlumatlara görə, silahlı hücum nəticəsində 1 polis, 34 mülki vətəndaş öldürülüb, 40-dan çox insan yaralanıb. Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub. Terrorçuların barın içərisində gizləndiyi ehtimal olunur. 

Olay yerinə gələn İstanbul valisi Vasip Şahin 35 nəfərin öldürüldüyünü, 40-dan çox yaralının olduğunu təsdiqləyib. Əməliyyat davam edir.

Ölü sayının arta bilməsi ehtimalı var.  

Türkiyə mediası bildirir ki, terrorçular ərəbcə danışırmışlar və bu da terroru İŞİD terror təşkilatının törətməsi versiyasını gücləndirir.

 
****                                                       

Türkiyədə baş verən terror olayına ABŞ prezidenti Barak Obama reaksiya verib. B. Obama açıqlamasında Türkiyəyə terrorla mübarizədə yardım təklif edib.

***

Türkiyə prezidenti R.T. Ərdoğan baş verən terrorla bağlı üzüntü duyduğunu və gəlişmələri yaxından təqib etdiyini bildirib. O, Türkiyənin baş nazirindən, İstanbul valisindən və hüquq mühafizə orqanlarından bilavasitə məlumatlar alıb.  

***

Terror baş verən məkanın sahibi Türkiyə mediasına deyib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi gecə klubuna qarşı teror hazırlandığı barədə onları xəbərdar edibmiş. Məhz bu xəbərdarlıqdan sonra Türkiyənin təhlükəsizlik qüvvələri həmin məkana dair dənizdən və qurudan olası hucumlara qarşı önləmlər alıblar. Lakin, göründüyü budur ki, həmin önləmlərin faydası olmayıb.  


Kənan, 
Musavat.com




 












Administratorla əlaqə

077 611-55-22

[email protected]