Gündəm

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

31-12-2016, 03:04

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu  31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə  Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir :

"Əziz Soydaşlar !

Hörmətli Bacılar və Qardaşlar!

Sizi, Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə təbrik edirəm!

XX – əsrin sonlarında Elçibəyin liderliyi ilə, Xalqımızın ilk siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsi yaradıldı. İki əsrə yaxın yaşadığı ayrılığa son vermək üçün , 1989-cu ilin 31 dekabrında, Sərhəd Hərəkatı ilə ümummilli birliyə doğru möhtəşəm addım atıldı. Xalqımız içində yaşatdığı azadlıq , bütövlük arzusunu gerçəkləşdirmək, parçalanmış vətənimizi birləşdirmək üçün, dünyanın böyük və ən qəddar imperiyasının sərhədlərini dağıtdı.

 

Həmin gün, Azərbaycanımızın bütövlüyünə aparacaq milli həmrəyliyin əsası qoyuldu. Səttarxanın başladığı, Rəsulzadənin, Xiyabaninin, Pişəvərinin yaşatdığı azadlıq, müstəqillik mücadiləsinin bütövləşmə mərhələsini Elçibəy davam etdirdi . Dünyanın müxtəlif dövlətlərində yaşayan və Azərbaycan adını yaşadanların bayram etdiyi 31 Dekabr Həmrəylik Gününün əsası qoyuldu.

 

Əziz Həmvətənlər !

 

Azərbaycanın quzeyində dövlət müstəqilliyimizi bərpa etdik. Azərbaycanın güneyində bu gün milli dövlətimizin yaranması və vətənimizin bütövləşməsi üçün Azərbaycan gənci müqəddəs işini davam etdirir. Nəinki Fars şovinizmi, dünyanın heç bir gücü, gün-gündən artan bu istiqlal savaşının qarşısında dura bilməz.

 

Əziz soydaşlarımız !

 

31 dekabrı bizim üçün – Milli - Dövlət Bayramı edənlərin övladları, 2016-cı ilin aprelində Şəhidliyi və Qaziliyi ilə Bütöv , Azad Azərbaycanın qələbəsinin çox yaxında olduğunu təsdiqlədilər.

 

Sizi, vətənimizin bütövlüyünə, xalqımızın birliyinə çeviriləcək Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə, bir daha təbrik edirəm!

1989-cu ildən başlamış bu müqəddəs işdə xalqımıza uğurlar arzulayıram.

2017-ci il Millətimizə, Ümmətimizə, Dövlətimizə və bütün insanlara xeyirli, uğurlu il olsun.”

 

30 dekabr 2016-cı il. Bakı şəhəri

Administratorla əlaqə

077 611-55-22

[email protected]