Gündəm

Rusiyaya qarşı terror müharibəsi - TU-154 niyə qəzaya düşdü...

25-12-2016, 18:26
Bazar günün şok hadisəsi Rusiya təyyarəsinin qəzaya uğraması oldu. Hər halda ilkin versiya terrordur, hər nə qədər şübhəli olsa da. Ancaq bu barədə bir qədər sonra.

İlkin məlumatlara əsasən Rusiyaya məxsus TU-154 tipli təyyarə Qara dəniz sahilində yerləşən Soçu Hava Limanından havaya qalxdıqdan 2 dəqiqə sonra onunla rabitə kəsilib. Təyyarənin dənizə düşdüyü məlum olub. 

Rusiya Müdafiə Nazirliyi təyyarədə 91 nəfərin olduğunu, ilkin ehtimallara əsasən sərnişinlərin və ekopaj üzvlərinin hamısının öldüyünü açıqladı. Hazırda axtarış-xilasetmə işləri 7 gəmi, bir vertolyot və 63 dalğıcın iştirakı ilə davam edir. Günorta saatlarında artıq bir neçə cəsəd sudan çıxarılmışdı. Ruisya prezidenti Putinin təlimatı ilə hadisə ilə bağlı dövlət komissiyası qurulub, komissiyaya nəqliyyat naziri Maksim Sokolov rəhbərlik edəcək.


Rusiya prezidenti ölənlərin ailələrinə başsalığı verib. Rusiya mediası xüsusi xidmət orqanlarına istinadən hadisənin qəza olduğunu, pilot xətası nəticəsində baş verdiyini açıqlayıblar. Ancaq sonrakı saatlarda vəziyyət dəyişib və məlum olub ki, təhlükəsizlik orqanları terror aktı versiyasını araşdırır. Xüsusi xidmət orqanları Moskva ətrafındakı Çkalovsk hərbi aerodromunda və Soçi aerportunda təyyarəyə çıxış imkanları olan şəxsləri yoxladığı məlum olub. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi Tu-154-ün pilotlarının təcrübəli və birinci sinif olduqlarını bəyan edib. Təyyarənn əsas pilotu Roman Volkovun 3 min saatdan artıq uçuş aktivi olan təcrübəli pilot olduğu qeyd edilib. 


Yəni dolayısı ilə Rusiya MN də texniki və ya pilot xətası ehtimallarını şübhə ilə qarşılayır. Ortada qalır terror versiyası. Hansı ki, son zamanlar Rusiyanın başı üzərindən əl çəkmr. Məsələ ondadır ki, Rusiyanın Suriyaya keyfiyyətsiz təyyarə və təcrübəsiz pilot göndərməsi mümkün deyil. 

Terror şübhəsi

Rusiya təyyarəsinin Soçidə yanacaq götürüb havaya qalxdıqdan dəqiqələr sonra dənizə düşməsi ilk olaraq ağıllara terror şübhəsini gətirir. Təyyarə Suriyaya uçurdu, ehtimallara görə göyərtədə olan 64 nəfər "Qırmızı ordu” orkestri Hələbdə yeni il konserti verəcəkdi. Bu da bir növ Hələb zəfərinin elanı idi. 

Картинки по запросу Последний сеанс связи с Ту-154

Təyyarə 30 ildən çox istismarda olsa da, son illərdə dəfələrlə Suriya-Rusiya arasında uçuşlar həyata keçirib, üstəlik xarici ölkəyə nasaz təyyarənin göndərilməsi inandırıcı deyil. Pilot isə 3 min saat uçuş aktivi olan təcrübəli şəxs olub. 
Yeri gəlmişkən, 2015-ci ilin oktyabrında Şarm əş-Şeyxdən (Misir) Sankt-Peterburqa uçan Rusiya təyyarəsi havaya qalxdıqdan 20 dəqiqə sonra yerə çırpılıb. Ruslar əvvəlcə qəza desələr də, bir neçə ay sonra etiraf etdilər ki, təyyarə terrorun qurbanı olub. Bu mənada son hadisənin də terror olması ehtimalı hətta indiki vaxtda ən azı 50 faiz ehtimaldır. 

Rusiyaya qarşı hibrid müharibəsi

Rusiya son həftədə beynəlxalq terrorun iki hücumuna məruz qalıb. Birinci hadisə Ankarada Rusiyanın Türkiyədəki səfirinin vurulması oldu. Bu, açıq-aşkar terror idi və Rusiyaya qarşı mesaj xarakteri daşıyırdı. İkinci hadisə birincinin kölgəsində qalsa da, Rusiya XİN-in mühüm vəzifədə çalışan diplomatının müəmmalı qətli sui-qəsd ehtimalına çox yaxın idi. Bundan əvvəl isə Türkiyə Rusiya ilə yaxınlaşmanın iki ağır "cəriməsini” ödəməli oldular. İstanbulun mərkəzində zənginləşdirilmiş 400 kq trotilin partladılması nəticəsində əksəriyyəti polis olmaqla 44 nəfər, bir həftə sonra isə Kayseridə xüsusi təyinatlı ordu briqadasının əsgərlərini daşıyan avtobus partladıldı. 



Terror silsiləsi dayanmadan Ankarada səfirin vurulduğu gün Almaniyanın paytaxtında yarmarkaya yük maşını terroru, Sürixdə isə məscidə silahlı hücumlarla yadda qaldı. Türkiyə ordusu əsgərlərinin yandırılması və hərbi texnikanın – tank, buldozer və hərbi maşının - ələ kçeirilməsi görüntüləri o biri hadisələrdən az təsiri olmayan psixoloji terror oldu. 

Bu hadisələrin hamısında bir bağ qurmaq zahirən çox da asan görünməsə də, rusların təmkinli reaksiyası, terrorun hələ də "müəllifinin” üzə çıxmaması onu göstərir ki, bu, icraçılarının kim olmasından asılı olmayaraq böyük terror müharibəsidir. İŞİD-in Rusiya səfirliklərini hədəf göstərməsi, daha sonra bir azərbaycanlı İŞİD-çinin terror çağırışı etməsi Rusiyaya qarşı geniş miqyaslı yorucu terror müharibəsinin başaldıldığını göstərir. 

Putin hadisə ilə bağlı matəm elan edib. 


Rusiya ordusu hərbi okestrinin hardasa bütün üzvləri həlak olub. Bu, həm də Rusiya mədəniyyəti üçün böyük itkidir. Amma yəqin ki, ruslar təkcə ölülərini basdırmayacaqlar. Həm də qisas düşünəcəklər. Çoxları bilməsə də, Rusiya kəşfiyyatı və prezidenti əsl qatilləri və onların sifarişçilərini dəqiq bilir. Yaxın günlərdə anoloji hadisələrin harda baş verməsi yəqin ki, terrorun ünvanını da açıqlayacaq.

Kənan Rövşənoğlu, 

Administratorla əlaqə

077 611-55-22

[email protected]