Gündəm

Səfiri öldürən polislə bağlı sensasion fakt

20-12-2016, 16:27
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altıntaşla bağlı yeni məlumatlar ortaya çıxıb.

Axar.az xəbər verir ki, qatil hadisə baş verən gün işə getməyib.

Altıntaş hücumun baş verdiyi Müasir Sənətlər Mərkəzinə bitişik bir oteldə otaq sifariş edib. Onun sui-qəsd planını otel otağında hazırladığı təxmin edilir.

Altındaş axşam saatlarında qaldığı otaqda hücuma hazırlaşıb. Öncə üzünü taraş edib, kostyumunu geyinib və Çağdaş Sənətlər Mərkəzinə gedib.

Ankarada Çeviş Polis Alayının zabiti olan Altıntaş vəsiqəsini göstərərək içəri daxil olub. Səfir çıxış edən zaman onun arxasında bir müddət gözləyib və sonra atəş açaraq öz çirkin planını gerçəkləşdirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]