Gündəm

İtkin düşən neftçilərdən 6-sı eyni kənddəndir

15-12-2016, 17:47
Dekabrın 15-də "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndinin sakinləridir.

Bu haqda Modern.az-a Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev məlumat verib.
 
Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhrəmav və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir.
 
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının verdiyi məlumata görə, Cavid Bəhrəmovun cəsədi sudan çıxarılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]