Gündəm

Yeganə Rzayevanın doğum günü…

12-12-2016, 14:11
Yeganə Rzayevanın doğum günü…Çicəklər də mübarizəyə qoşulanda… Bu dünyada hər şey öz funksiyası var. O cümlədən də güllərin, çiçəklərin… insanlara sevinc, xoş əhval-ruhiyyə, təravət bəxş etməkdir çiçəklərin, güllərin vəzifəsi. Amma dünyanın düzəni pozulmuş. Iş o yerə çatmış ki, o güllər, o çiçəklər indi insanlar və insanlıq üçün mübarizə aparırlar. Dünyanın o nəcib və zərif varlıqları qəddar və amansız yırtıcılarına, insanlıq adına ləkə olan Azərbaycan iqtidarına qarşı, haqq və ədalət naminə qeyri-bərabər döyüsə atılmışlar. Bu nə qədər utanc vericidirsə də, bir o qədər başqalarına qeyrət, cəsarət nümunəsidir. Başı papaqlı, mənəm-mənəm deyən kişilər qoy belə qeyrətli xanımlarımızdan dərs alsınlar, ayağa qalxıb azadlıq mübarizəsinə qoşulsunlar. Bu gün AAMBŞ-nin Almamiya təşkilatının idarə heyətinin üzvü, Insan Hüquqları Müdafiyə komitəsinin rəhbəri Yeganə xanım Rzayevanın doğum günüdür. Bütün üzvlərimiz adından xanım Rzayevanı ürəkdən təbrik edir, ona Azad Azərbaycanda uzun və xoşbəxt həyat arzulayırıq. HÖRMƏTLƏ AAMBŞ-nin Mətbuat departamenti.

Administratorla əlaqə

077 611-55-22

[email protected]