Azərbaycan Ruhanilər Məclisi Netanyahunun səfərinə etiraz bəyanatı yayıb
Azərbaycan Ruhanilər Məclisi (ARM) işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gələn həftə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı etiraz bəyanatı yayıb.
Xeberman.com ARM-ın bəyanatını təqdim edir: "Bismilahir-rəhmanir-rəhim. Azərbaycan Ruhanilər Məclisi (ARM) İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) doğum günləri ərəfəsində O Həzrətin ümmətini ölkəsindən didərgin salan, evlərini viran qoyan, əli dirsəyinə qədər məzlum fələstin xalqının qoca, qadın və körpəsinin qanına bulanmış İsrail baş naziri B.Netanyahunun ölkəmizə səfəri ilə əlaqədar Allah Rəsuluna başsağlığı verir. Bəli məhz başsağlığı. Doğurdanda Allahın və Peyğəmbərin (s) və bütün azad insanların sevmədiyi bu şəxsin İslam dünyasına mənsub olan ölkəmizə səfəri sözün əsl mənasında müsibətdir.
Azərbaycan xalqı insansevər və qonaqpərvərdir. Daima dünya xalqlarının vətəndaş və rəhbərlərinə qucaq açmış və səmimi məhəbbətlə qardaşcasına qarşılamışdır. Lakin müsəlman qardaşlarımızın qanını tökən, onları blokadada saxlayan, yaralı insanlara dərman və azuqə çatdırmağa belə imkan verməyən insaniyyət qatili, sionist təmsilçisi, xalqımızın qonağı deyil və olada bilməz. Bu xüsusiyyətlərə malik olan İsraillə yaxınlaşmaq əhalisi təcavüz və soyqırıma məruz qalan xalqımızın istəyini əks etdirmir. Hər gün yaxınlıqlarında olan insanlara qarşı cinayətgəranə rəftarlarına şahid olduğumuz bir rejimlə yaxınlaşmaq bizə məqbul sayıla bilməz.
Netanyahunun ölkəmizə səfəri bizə yaxşı heç bir şey vəd etmir. əksinə dünya müsəlman millət və dövlətləri yanında ölkəmizin İslami hüvüyyət və imicinə öldürücü zərbə vurur.Təcavüzkar rəftarlarına görə, ümümdünya müsəlmanları tərəfindən təcrid və qınaqlarla üzləşən İsrail rejimi mövcud durumu dəyişmək məqsədi ilə istiqlaliyyətini yenicə əldə etmiş possovet ölkələrində özünə ayaq yeri axtarır. Bu qəbil məqsədlərlə ölkəmizə nəzərdə tutulan səfərlər mənafeimizə xidmət etmir, əksinə ölkəmizi dünya müsəlmanlarının diqqət mərkəzində olan Fələstin məsələsinə biganə göstərir.
Azərbaycan Ruhanilər Məclisi (ARM) İsrail rejimi ilə əməkdaşlığı məqbul saymır, rejimin təmsilçilərinin ölkəmizə səfərlərini məkirli hesablayır. Bütövlükdə sionist rejimlə münasibətlərin tənzimlənməsində ümumdünya müsəlman ölkələrinin maraqlarından çıxış etməyi tövsiyyə edir.”
Azərbaycan Ruhanilər Məclisi (ARM)