Gündəm

İcra başçısından bələdiyyə sədrinə tərs şillə

9-12-2016, 21:29
İcra başçısından bələdiyyə sədrinə tərs şilləNeftçala rayonunda məmur özbaşınalıqları ilə bağlı Xeberman.com-a şikayət məktubları səngimək bilmir.
Beləki, Neftçala icra başçısı İsmayıl Vəliyev və Şəhər bələdiyyəsinin sədri Aydın Aslanov arasında son aylar münasibətlərin gərginləşməsi, mətbuatda "soyuq müharibə”nin təfərrüfatları yayımlanıb.
Xeberman.com-un verdiy məlumata görə, Aydın Aslanov bir neçə saytlarla yaxın münasibətinin olmasından yararlanıb rayon icra strukturlarından kim xoşuna gəlmədisə onu "vurur”.Himayəsindəki saytlar vasitəsilə vəzifəli şəxsləri şərləyib,nüfuzlarına xərəl gətirəcək informasiyaların yayımlanması ilə məşğul olan Aydın Aslanovun səs yazısı əlimizdə var.Sadəcə olaraq qeyri-etik sözlərdən istifadə olunduğu üçün yayımlamadıq.Əlimizdəki səs yazısında İcra başçısı İsmayıl Vəliyev, Neftçala şəhəri üzrə keçmiş icra nümayəndəsi Gülqədəm Mirzəzadə, Kommunal Təsərrüfat idarəsinin rəisi Firudin Nağıyev barəsində mətbuatda yayılan məlumatların Aydın Aslanov tərəfindənolduğu göstərilir.
Saytımızı bilgiləndirən mənbənin məlumatına görə, rayon sakini Vüqar Məmmədova saxta sənəd verən bələdiyyə sədri ilə bağlı iş prakurorluqdadır.Beləki, şikayət üzrə rayon icra hakimiyyətinə yönələn məktub, icra aparatı tərəfindən araşdırılması üçün Neftçala rayon prakurorluğuna göndərilib. Amma Aydın Aslanovun dayısı, rayon Maliyyə idarəsinin müdiri Rəşid Manafovla yaxın münasibəti ilə şeçilən rayon prakuroru Aydın Əliyev nədənsə Aydın Aslanovla bağlı ölçü götürmür. Azərbaycan Respublika Baş Prakuroru cənab Zakir Qaralov Aydın Əliyevə vəzifə verərkən rayonda qanunlara sahib çıxmağı göstəriş verdiyi halda, rayon prakuroru Rəşid Manafovun bacısı oğluna sahib çıxır. Rayon sakini Bəhruz Əliyevin rayon bələdiyyəsi tərəfindən aldadılaraq 3000 manatının alınması haqqında növbəti sayımızda geniş reportajımız olacaq. Xatırladaq ki,Azərbaycan Respublikası baş Prakurorluğu yanında Korrupsiya idarəsinin qaynar xəttinə(161) zərərçəkmiş məsələ ilə bağlı şikayətin bildirmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]