Foto Fakt

İstedadlı yazıçı-şair Şöhlət Əfşarın Nərimanov rayon gəncləri ilə görüşü keçirilib.

1-12-2015, 15:11
01 dekabr 2015-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Premier Expo” otelində istedadlı yazıçı-şair Şöhlət Əfşarın rayon gəncləri görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, bu görüşün məqsəd və əhəmiyyətindən danışdı, Şöhlət Əfşarın həyat və yaradıcılığından gənclərə qısa məlumat verdi, şairin əsərlərindəki vətənpərvərlik ruhundan, gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyətə malik olan yurd, torpaq sevgisindən danışmışdır. N.Novruzov qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev yazıçı və şairlərimizin yubileylərinin təntənəli şəkildə keçirilməsinə, əsərlərinin çap olunmasına, təltif olunmalarına, onların heykəllərinin ucaldılmasına, məişət şəraitlərinin yaxşılaşdırılmasına böyük önəm vermişdir. Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi böyük qayğının onun ləyaqətli davamçısı Azərbycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi Azərbaycan ədəbiyyatının yeni intibahı üçün geniş imkanlar açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi möhtərəm dövlət başçımızın, bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgi və sədaqətindən qaynaqlanır.
Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qurban Bayramov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Miri Həsənov, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rza və digər qonaqlar Şöhlət Əfşarın yaradıcılığını, keçdiyi ömür yolunu, gənclərlə ilə görüşə gəlməsin yüksək dəyərləndirib ona yaradıcılıq uğurları arzulayıb, şairin şeirlərini söyləyərək ona olan məhəbbətlərini, sevgilərini dilə gətiriblər.
Sonra yazıçı-şair Şöhlət Əfşar tədbirə görə təşkilatçılara və rayon gənclərinə təşəkkürünü bildirib. Tədbir iştirakçılarının arzusu ilə qələmə aldığı şeirlərindən bir neçəsini səsləndirib.
Tədbirdə şairin sözlərinə yazılmış mahnılar dinlənilmiş, hazırlanmış “Şuşanın şikəstəsi”, “Ey nər igidlər”, “Üç rəngli Bayrağım” kliplər nümayiş etdirilmişdir.
Sonda yazıçı-şair Şöhlət Əfşar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən əsərlərində Dövlət atributlarının, gənclər arasında Vətənpərvərlik hisslərinin fəal təbliğinə və gənc nəslin milli-mənəvi tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə “Gənclərin Dostu” adına layiq görülmüşdür.



İstedadlı yazıçı-şair Şöhlət Əfşarın Nərimanov rayon gəncləri ilə  görüşü keçirilib.
İstedadlı yazıçı-şair Şöhlət Əfşarın Nərimanov rayon gəncləri ilə  görüşü keçirilib.
İstedadlı yazıçı-şair Şöhlət Əfşarın Nərimanov rayon gəncləri ilə  görüşü keçirilib.
İstedadlı yazıçı-şair Şöhlət Əfşarın Nərimanov rayon gəncləri ilə  görüşü keçirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]