Foto Fakt

Bakının mərkəzində priton fəaliyyət göstərir? – FOTO

27-04-2016, 22:47
«Shah Palace» hotelində xoşagəlməz işlərin cərəyan etdiyi bildirilir

Azərbaycanda turizm sektorunun inkişafı üçün böyük potensial, eyni zamanda dövlət tərəfindən yüksək diqqət və qayğı mövcuddur. Son illər ərzində Bakıda və bölgələrimizdə inşa edilən turizm obyektləri- istirahət mərkəzləri, hotellər, restoranlar bunun bariz nümunəsidir. Qeyd edək ki, hotel kimi fəaliyyətə başlayan obyektlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq icazə sənədi, yəni lisenziya verilir. Məhz həmin lisenziya əsasında hotellər fəaliyyət göstərir, ölkənin turizm sektorunun inkişafına dəstək olurlar. Amma bunu bütün hotellərə ail etmək doğru olmazdı. Çünki bu gün paytaxtımızda və rayonlarımızda elə hotellər var ki, orda turizmə xidmətdən söhbət belə gedə bilməz. Həmin hotellərdə çirkin işlər cərəyan edir və kimlərsə bu işlərdən külli miqdarda xeyir götürür. Gundelik-baku.com saytına paytaxtın mərkəzində, İçərişəhərdə yerləşən «Shah Palace» HOTELIilə bağlı bir sıra ilginc məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən şəxsin bildirdiyinə görə, hamının hotel kimi tanıdığı bu məkan əslində əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir: «Bəllidir ki, Bakının elit təbəqəsinin üzvləri istirahət, əyləncə məclislərini məhz bahalı, dəbdəbəli hotellərdə təşkil edirlər. «Shah Palace» imkanlı şəxslərin yüksək səviyyəli istirahəti üçün nəzərdə tutulub. Bu hoteldə nadir hallarda ölkəmizə gələn turistlər qalır. Hotelin əsas müştəriləri yerli vətəndaşlardır ki, onların arasında tanınmış iş adamları, imkanlı şəxslər çoxluq təşkil edir. 24 saat fəaliyyət göstərən hoteldə boş otaq tapmaq çətin məsələdir. Bəzi otaqlar bir neçə aylıq bron edilib. Otağı sifariş edən müştərilər özləri ilə gənc xanımları, hətta azyaşlı qızları bura gətirib onlarla əyləncəli saatlar keçirirlər. Başqa sözlə desək, həmin qızlar burda cinsi istismara məruz qalırlar. Bu «iş»in qarşılığında müştərilər həmin qızlara 300-500 manat civarında «xidmət haqqı» verirlər. Otaqların qiyməti isə sutka üçün 150-200 manat arasında dəyişir. HOTELI işlədən şəxslər bu biznesdən ayda böyük miqdarda qazanc əldə edir». Sözsüz ki, Bakının mərkəzi hissəsində belə bir obyektin açıq-aşkar şəkildə fəaliyyət göstərməsi heç cür başadüşülən məsələ deyil. Yəqin ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri hotelin fəaliyyəti ilə ilgilənib müvafiq cəza tədbirləri həyata keçirəcəklər. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. 
Bakının mərkəzində priton fəaliyyət göstərir? – FOTO
Bakının mərkəzində priton fəaliyyət göstərir? – FOTO
Bakının mərkəzində priton fəaliyyət göstərir? – FOTO
Con

Administratorla əlaqə

077 611-55-22

[email protected]