Foto Fakt

Mingəçevir bələdiyyəsində özbaşınalıq - Foto

22-02-2016, 17:28
Mingəçevir bələdiyyəsində özbaşınalıq - Foto

Son zamanlar 7News.az redaksiyasına regionlarımızdan ciddi şəkildə qanun pozuntuları ilə bağlı ciddi müzakirələr gəlməkdə davam edir. Müraciətlərin aktuallığı, faktların dəqiqliyini yəqin etdikdən sonra biz həmin mürciətləri saytımızda dərc edirik.

Növbəti müraciətimiz isə Mingəçevir şəhər bələdiyyəsi ilə bağlıdır.

Belə ki, şəhər sakini Məmmədzadə Əskinaz İsrafil qızı redaksiyamıza müraciət edərək 1994-cü ildən ona məxsus 0.10 ha torpaq sahəsi qanunsuz olaraq başqa şəxslər tərəfindən zəbt edildiyini deyir. Məsələ ilə bağlı Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Abdullayev Coşqun Əli oğlunun qəbulunda olan şikayətçiyə verilən cavab isə daha maraqlı olub: "O torpaq artıq sənin deyil”. Şikayətlə bağlı artıq ölkə rəhbərliyinə, aidiyyatı qurumlara da məktub ünvanlanıb. Hal-hazırda Mingəçevirdə kirayədə yaşayan ailənin sosial vəziyyəti olduqca acınacaqlı durumdadır. Redaksiyamıza iddia ilə bağlı fotofaktlar da daxil olub. Görünən odur ki, bəzi məmurlar sadə insanları dövlətdən narazı salmağı özlərinə "vəzifə borcu” hesab edirlər.

Xatırladaq ki, son 2 ayda Prezident İlham Əliyev bir neçə müşavirə keçirərək paxtaxtda və regionlarda vətəndaşlara qarşı diqqət və qayğının ən yüksək səviyyədə olması ilə bağlı göstərişlər verib. Hər müşavirədə prezident məmur özbaşınalıqlarına son qoyulmasının vacibliyini önə çəkib. Bundan başqa Prezident İlham Əliyev QHT və media nümayəndələrinin üzərinə İCTİMAİ NƏZARƏT kimi məsuliyyətli və şərəfli missiya qoyub. Biz də öz növbəmizdə bu missiyanın icrasını imkanlarımız qədərində icra etməyə çalışırıq. Təəssüflə qeyd etməliyik ki, regionlarda yaranan narazlıqların böyük əksəriyyəti məmurların özbaşınalığı, qanunsuz əməlləri və süründürməçilikləri ilə bağlıdır.

Qeyd: Redaksiyamıza Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev ilə bağlı maraqlı foto və videofaktlar da daxil olub. Oğlu Aqşin Abdullayevin avtomobili ilə adam vurmasından tutmuş, özünü şəhər rəhbəri kimi aparmasına qədər bütün görüntülü faktları təqdim edəcəyik. Dəqiqləşmə aparıldıqdan sonra saytımızda dərc olunacaq.

 
 
 
 


Administratorla əlaqə

077 611-55-22

[email protected]