Foto Fakt

“Yaxşı pul xərcləyərdin, uşaq sağ qalardı” – baş həkim övladı ölən ataya nə dedi?(FOTOLAR)

12-02-2016, 20:42
“Yaxşı pul xərcləyərdin, uşaq sağ qalardı” – baş həkim övladı ölən ataya nə dedi?(FOTOLAR)

"Zaqatala RMX-də korrupsiya, özbaşınalıq baş alıb gedir ki, hamısını Leyla həkim yaradıb”

Zaqatala rayonu, Sevil Qazıyeva küçəsi, ev 25 sakini Naibov Vüqar Hüseynbala oğlu övladının ölümünə səbəb olan səhiyyə işçiləri ilə bağlıQafqaz Xəbər Agentliyinə məktub göndərib. O, Qafqaznews.az-a göndərdiyi şikayət məktubunda bildirib ki, mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edir: "Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsiya şəbəkəsinin yarıtmazlığı, özbaşına20160211_185244lığı nəticəsində uşağım qəsdən məhv edildi.

Belə ki, hamilə olan həyat yoldaşım Darçınova Mahru Darçın qızını doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirdikdə ilk dəqiqədən bizdən pul tələb etdilər, imkansız olduğumu bildirdikdə hamilə yoldaşımı xəstəxananın doğum şöbəsinə buraxmadılar. Buna görə hamilə yoldaşım çöldə soyuq havada gözlədi, mən qayınanamla gedib borc pul tapdıq, gətirib həkimlərə verdik.

Qan analizi adı ilə 25, ultrasəs müayinə adı ilə 15, qeydiyyat adı ilə 10, tibbi ləvazimat adı ilə 20 və həkimlərin zəhmət haqqısı üçün 70 manat pul aldılar. Sonra səriştəsiz həkimlər gəlib dedilər ki, uşaq tərs doğulacaq buna görə seçim edin ya ana, 12666267_882820661839195_2070367084_nya da uşaq öləcək. Səriştəsiz və vəhşi həkimlər uşağı qol gücü ilə dartıb boğuduqları üçün uşaq yarı ölü doğuldu. Uşağı oksigen balonu altına qoydular”.

O qeyd edir ki, pulu qurtardığı üçün, bir oksigen şüşəsinə iki yeni doğulmuş uşaq qoymuşdular. "Hansı ki, bir oksigen şüşəsinə bir uşaq qoyulmalıdır.Uşağın vəziyəti tam pisləşdi deyə səriştəsiz həkimlər bizə məsləhət bildilər ki, təcili aparın Şəki şəhər xəstəxanasına. Pulumuz olmadı deyə uşağı Zaqataladan Şəki Xəstəxanasına oksigen şüşəsi olmadan apardıq. Orada vicdanlı və savadlı həkimlər irad tutdular ki, belə uşağı nə üçün oksigen şüşəsi olmadan gətirmisiniz, bu doğuş düzgün aparılmayıb gecdir, bu uşaq yaşamayacaq.

Elə də oldu, uşaq Leyla həkimin yaratdığı korrupsiyaya qurşanmış səriştəsiz həkimlərin tamahının və səriştəsizliyinin qurbanı oldu. Baş həkim Leyla Seyidəliyeva mənə dedi ki, yaxşı pul xərcləyərdin, uşaq sağ qalardı”. Şikayətçi vətəndaş vurğulayıb ki, onlar bu minvalla çox sayda uşaqları öldürüblər.

"Zaqatala RMX-da korrupsiya, özbaşınalıq baş alıb gedir ki, hamısını Leyla həkim yaradıb.Leyla həkim bütün şöbələrə aylıq haqq qoy64934_515690138465120_1361018328_nub ki, bunu verməyən həkimlər cəzalandırılır.Xəstəxanada stasionar müalicə olunan xəstələrə yemək verilmir, pulsuz dərmanlar özəl apteklərdə pulla satılır.İstilik sistemi üçün illik ayrılan 50 ton yanacaq satılır.Hamilə qadınları qorxu20151026_091734-4dub aldadırlar ki, qeysəriyyə əməliyyatı olmasan ölə bilərsən.Nə var ki, qeysəriyyə əməliyyatına görə xəstələrdən 800-1000 manat alınır.Bu minvalla təkcə 2015-cü ildə Zaqatala RMX-də 600 nəfər qeysəriyyə əməliyatı ilə uşaq dünyaya gətirib.

Bu yaxınlarda Zaqatala rayonu Katex kənd sakini 2 aylıq körpə İnci Yaqubova həkim səriştəsizliyinə görə cərrahiyə zamanı öldü.Tala kənd sakininin 03 fevral 2016-cı il tarixdə qeysəriyyə əməliyatı zamanı uşağı öldü.Ötən il Makov kənd sakininə ağır xəstəlik diaqnozu qoyub 3 aylıq uşağını bətnində məhv etdilər. Həmin qadını Bakıda savadlı həkimlər müayinə edib bildiriblər ki, adi mədə soyuqlamasıdır. Hazırda Zaqatala RMX-də kor bağırsağından səhv cərrahiyə əməliyatı edilən Çökək kənd sakini Ömərov Zaur Aydın oğlunun səhhəti çox pisdir ki, infeksiya salındığı üçün sağalmır”.

Məktubda qeyd olunur ki, Z183508_190202437680560_759204_naqatala RMX-də qan analizi 25 manat, USM 15 manat, rentgen müayinə 25 manat, sürücülük vəsiqəsi alanlar üçün sağlamlıq arayışı 25 manat, nigaha daxil olmaq üçün sağlamlıq arayışı 50 manatdır: "Xəstəxananın qapısından axırıncı otağına qədər bütün işçilər bazar açıblar ki, bütün bunlar Leyla xanımın tapşırığının nəticəsidir. Xəstəxanada 3 labaratoriyanın eyni xəstə üçün verdiyi analiz fərqlidir.Leyla xanım isə ilin çox hissəsini xarici ölkələrdə kef-damaqda keçirib şəkillər çəkdirib "facebook” səhifəsində paylaşmaqla məşğuldur. Həmin şəkillərin bir neçəsini sizə göndərirəm. Əlavə olunur ki, Zaqat944796_611089372258529_1162399775_nala RMX-nın baş həkimi Leyla Seyidəliyeva 2013-cü il tarixdə bu vəzifəyə təyin edilib.

"Bakı şəhərindən Zaqatalaya baş həkim vəzifəsinə təyin edildiyi 2013-cü il tarixdən az müddət keçməmiş özü üçün 80 min manata mənzil aldı və təmirini xəstəxananın işçilərinə etdirdi.Sürdüyü bahalı maşınların qiyməti 50 min manatdan çoxdur.Bu korrupsionerin yaratdığı özbaşınalıqdan bütün Zaqatala rayon sakinləri əziyyət çəkirlər.Onun qanunsuz əməlləri barədə Səhiyyə Nazirliyinə edilən çoxlu sayda şikayətlərə baxılmaması onu deməyə əsas verir ki, bu korrupsioner həkimi orada himayə edirlər.

Camaatın ümidi Allaha, Prezidentə və Mehriban xanıma qalıb. Çox-çox xahiş edirəm bu yaramaz həkim barəsində ciddi tədbir görəsiniz”, – deyə Zaqatala sakini Vüqar Naibov yazır. Qarşı tərəfi də dinləmək üçün baş həkim Leyla xanıma da zəng etdik, lakin o, dəfələrlə etdiyimiz zənglərin heç birinə cavab vermədi. Mövzunu diqqətdə saxlayacağıq.

Sənan Məmmədli

Administratorla əlaqə

077 611-55-22

[email protected]