Foto Fakt / İslam

QMİ Beynəlxalq Qüds günü münasibət ilə əlaqədar olaraq konfrans keçirib (VİDEO,FOTO)

24-06-2017, 02:16
Qafqaz Müsəlmanlar İdarəsi Beynəlxalq Qüds günü münasibət ilə əlaqədar olaraq konfrans keçirib. Xeberman.com-un verdiyi məlumata görə, konfransın açılışı Quran tilavəti ilə başlayıb.

Giriş sözü ilə QMİ-nin rəhbəri Şeyx Allahşükür Paşazadə açıb. Şeyx Allahşükür Paşazadə bildirib ki, bu gün dünyada islamafobiya var və müsəlman dünyası işğala məruz qalır. İslam dünyasında baş verən bu işğal faktorundan Azərbaycan da əziyyət çəkir. 20 %-a yaxın torpaqlarımız Erəməni işğalı altındadır. Bundan əlavə Şeyx bildirib ki, işğal olunmuş Qarabağ torpağının bir qismi azad olub. Həmin azad olunmuş torpaqlardan olan Cocuqmərcanlı kəndində artıq məscid inşa olunub. Bundan əlavə olaraq Hacı Cavad Məscidinin yeni bir ünvanda fəaliyyətə başladılması üçün yeni məscid tikilir. Bu isə cənab Prezident İlham Əliyevin şəxsi vəsaiti hesabına olacaq. Azərbaycan dövləti olaraq həmişə İslam dəyərlərinə sadiqliyindən və Qüds gününün əhəmiyyətindən danışıb Şeyx. Tanınmış alim Vasif Məmmədəliyev isə Ramazan ayının əhəmiyyətindən,orucun faydalarından danışıb.

Tədbirdə Dünyada Beynəlxalq Quran müsabiqəsində 1-ci yerə çıxmış İranın məhşur hafiz, Quran qarisi Behzad Hojabli Quran oxuyub .

Əhlibeyt məddahlar qurupu isə dini surudlar oxuyub.

Ayətullah Seyyid Əli Xamneyinin Azərbaycan üzrə nümayəndəsi Seyyid Əliəkbər Ocaq Nejad ağa isə Ramazan ayının fəzilətindən,Qüds gününün tarixindən və əhəmiyyətindən danışıb.Konfransdan sonra iftar süfrəsi verilib .




Administratorla əlaqə

077 611-55-22

[email protected]