Foto Fakt

Göyçayda sürücüləri tətilə sövq edənlər kimlərdir? (FOTO FAKT)

16-06-2017, 22:28
Göyçayda sürücüləri tətilə sövq edənlər kimlərdir? (FOTO FAKT)Bu gün “Göyçay-Avtonəqliyyat” ASC-nin nəqliyyat xidmətində fəaliyyət göstərən 30-a yaxın sürücü onlara qarşı olan təzyiq və təhdidlərə görə cəmiyyətin həyətinə toplaşıblar. Şikayətçilər bu gün səhər saatlarında idarə etdikləri avtobusların qarşılarının kəsilərək sabahdan işə çıxmamaqları, əgər çıxarlarsa yüksək məbləğdə cərimə olunacaqları ilə xəbərdarlıq ediliblər. Sürücülər əvvəlcə qeyd etdilər ki, Bakıdan gələn nəqliyyat departamenti işçiləri bizə şifahi xəbərdarlıq etdilər ki, sabah marşrut xətti üzrə kim işə çıxacaqsa barəsində ciddi tədbirlər görüləcək. Həmçinin Göyçay RPŞ-nin DYP-nə də tapşırıq verilib ki, sizi yüksək məbləğdə cərimə etsinlər. Üzləşdikləri qanunsuzluğa və təhdidlərə məruz qalmış şikayətçilər cəmiyyətin sədrinin üstünə gəlib öz tələblərini irəli sürübllər. Onlar idarənin rəhbəri Arif Əliyevə edilən xəbərdarlıqla bağlı qorxduqlarını və etiraz əlaməti olaraq işə çıxmayacaqlarını bildiriblər. Qeyd edim ki, sürücülərin işə çıxmaması və ya vaxtında marşrut xətləri üzrə hərəkət etməməsi rayonda sərnişin daşıma xidmətini iflic vəziyyətə sala bilər. Eyni zamanda minlərlə rayon sakini ciddi çətinliklə üzləşə bilərlər. Maraqlıdır ki, sürücüləri bu cür tətilə sövq edənlər kimlərdir və hansı məqsəd güdürlər?
“Göyçay-Avtonəqliyyat” ASC-nin Idarə Heyətinin sədri Arif Əliyev şikayətçiləri dinləyərək rəsmi xəbərdarlıq və ya izahat verilmədən işin dayandırılmamasını tələb etdi. O bu işin təxribat xarakterli ola biləcəyini ehtimal edərək birmənalı şəkildə növbəti gün bütün sürücülərin marşrut xətti üzrə hərəkət etməklərini xahiş və tələb etdi. Həmçinin o sürücülərin nəzərinə çatdırdı ki, həm vergilər ödənilib, həm də fərqlənmə nişanları alınıb, burada heç bir qanunsuz işimiz yoxdur ki, sizi xətdən kənarlaşdırsınlar.
Göyçayda baş verən xoşa gəlməz hadisələrin əsas səbəbi kimi Göyçay RİH-nin başçısı Mehdi Səlimzadəyə yaxın olan icra hakimiyyətinin hüquqşünası Camal Paşayevin və onun şəriyi Sənan Şirəliyevin yuxarı orqanlara müraciət edərək qismən razılıq əldə etmələridir. Onların məqsədi 18 il rayonda xidmət göstərmiş “Göyçay-Avtonəqliyyat” ASC-nin fəaliyyətinin iflic edilməsi və rayona gətirdikləri bir neçə avtobusun qanunsuz olsa da marşrut xətlərinə buraxılmasına nail olmaqdır. Qeyd olunan şəxslər nə Qanun tanıyır, nə də ki, sərhəd... Heç onları 100-dən çox cəmiyyətin səhmdarları və işçilərinin, minlərlə sərnişinin taleyi də maraqlandırmır. Düşünürlər ki, nə qədər ki, məmur postlarındadır və arxaları da daha böyük məmurlara bağlıdır istədiklərini edə biləcəklər və heç kim də onları qanunsuz əməllərinə görə sorğu sual etməyəcək. Daha düşünmürlər ki, öhdəsindən gələ bilməyəcəkleri nəqliyyat xidməti arzuları və sürücüləri kütləvi şəkildə tətilə sövq etmək onların bütün karyerasının sonu ola bilər. Odur ki, son aylarda Göyçay rayonunda kütləvi narazılıq yaradan, vətəndaşları haqsız olaraq incidən (red.bu barədə KİV-də məlumatlar var) məmurları özlərinə nəzarət etməyə çağırıram.


Administratorla əlaqə

077 611-55-22

[email protected]