Foto Fakt

Elçin Quluyevin adamları olduğunu deyən iki nəfər, polisdən şikayətimi geri götürmədiyim üçün ölümlə hədələyir.

11-05-2017, 00:52
Xeberman.com-a bir neçə ay bundan öncə Hüseyn Nuruyev adlı vətəndaş müraciyyət etmişdi. Həmin vətəndaş müraciyyətində bildirib ki, özünü Elçin Quliyevin adamları kimi təqdim edən Musayev Hikmət və Səmədov Rəşad adlı iki nəfər onu qaçırıb 23000 AZN pulunu alıb şəxsi maşınını zaloq götürmüşdür. Bu barədə daha ətraflı burada oxuya bilərsiniz.

https://xeberman.com/news/olke/13637-general-elcn-qulyevn-adamlar-vetendash-olumle-tehdd-edb-grov-goturduler.html



Həmin yazılar Xeberman.com da və digər saytlarda dərc etdikdən sonra DSX-ya da dəvət olmuşdur. Həmin vaxt DSX rəhbər şəxsləri ondan təkzib yazmağını ,şikayətini polisdən geri götürməsin istədilər. Həmin vaxt Hüseyn Nuruyev şikayətini geri götürmədi. Mediyada yazdığı yazını isə təkzib etmədi. Bundan sonra Hüseyn Nuruyevin qohumlarına və iş yerində olan rəhbər şəxslərə də təziq edilmişdir. May ayının 8-də isə günorta vaxtı Nərmanov metrosunun önündə Salam taksi firmasına məxsus olan 90 CM 348 nömrəli maşın onun maşınını vurub və söyüb qaçıb.





Bundan sonra Hüseyn Nuruyev Hövsan qəsəbəsinə gedib .Həmin vaxt görür ki, bunu qara rəngli mersədes markalı maşın 90zj985 dövlət nömrəsi ilə izləyir. Qəsdən Hövsan qəsəbəsində tikinti materialı satılan bazara düşür. Geri qayıdanda görür ki, həmin maşın düz bunun maşınının qabağına verib maşınını . Hüseyn Nuruyev maşını qabağa verməsi üçün siqnallayır ki, çıxsın həmin vaxt maşından bir nəfər düşür deyir ki, sən hara ilişdiyini bilmirsən, ya şikayyətini geri götür və yaxudda səni şoşqalayarıq. Maşından düşən digər adam isə deyir ki, ağzına bir gülləsi çatmır. Bundan sonra həmin adamlar onun qaçıran və küllü miqdarda pulunu və maşınını alan Hikmət və Rəşadın adından salam söyləyib getdilər. Bir neçə saatdan sonra Hövsandan çıxıb Bakıya qayıdarkən isə Zığ yolunda görür ki, ağ pajoru markalı maşın bunu izləyir. Maşının isə dövlət nömrəsi yoxdur. Həmin vaxt qəsdən maşını dayandırır. Həmin maşın isə düz Hüseyn Nuruyevin maşınının qabağına sürür. Maşından düşərək Hüseyn Nuruyevin maşınının qapısını açaraq onun əl və əyağ ilə vurur.Hüseyn Nuruyev isə özünü qorumaq məqsədi ilə ayaqları ilə onu vurarkən naməlum şəxs üstündə olan bizə oxşar nə ilə sə Hüseyni ayağından vurub qaçır.




Hüseyn Nuruyev 102-yə də bu barədə müraciyyət edib.

Xeberman.com saytına Hüseyn Nuruyev bildirib ki, onun sağlamlığına ağır xəsarət yetirənlər onu da bildirib ki, bizim hər yerdə adamımız var . Biz general Elçin Quluyevin yaxınlarıyıq. Bizə heç kim heçnə edə bilməz. Əgər şikayətini geri götürməsən sənin özünü basdıracağıq. Mən növbəti dəfə Cənab Prezident İlham Əliyevə, Birinci vistse prezident Mehriban Əliyevaya, Daxili İşlər Naziri Ramil Usubov cənablarına və digər hüquq mühafizə orqanlarının rəhbərliyinə müraciyyət edirəm ki, bu məsələyə hüquqi qiymət verilməsində mənə maddi və mənəvi ,ən əsası isə həyatımla jantaj edənlərin cəzalanmasını, mən dəyən maddi ziyanın ödəniləmsində yaxından köməklik etsinlər. Əks təqdirdə bunların hər yerdə adamları var və məni öldürüb qanımı da batıracağını görürəm. Həyatım təhlükədədir. Bu günə qədər də cinayyətlərinə hüququ qiymət verilmədiyini özlərinin də dediyi kimi DSX-nin rəhbəri Elçin Quluyevə güvəndikləri üçün heç kim onlara heçnə demir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]