Foto Fakt

MSŞA QHT Koalisiyasının 171-ci Şura iclası keçirilib (FOTO)

4-03-2017, 23:24
Xeberman.com-un verdiyi məlumata görə,martın 4-də "Mədən sənayesində şəffaflığın artırılması" MSŞA QHT Koalisiyasının 171-ci Şura iclası keçirilib. Şura iclasında 08-09 mart 2017-ci ildə Boqotada keçiriləcək Beynəlxalq İdarə Heyətinin 36-ci iclasına hazırlıq məsələləri müzakirə olunub, Koalisiyanın hazırkı durumla bağlı mövqeyi müəyyənləşdirilib. Bununla yanaşı Şura üzvləri Əsasnamə tələblərinə uyğun olaraq mayın 1-dən gec olmayaraq Koalisiyanın XIX Ümumi Yığıncağının keçirilməsinə qərar verib və bununla bağlı Şura üzvlərinin iştirakı ilə Təşkilat Komitəsi yaradılıb, eyni zamanda iclasda Koalisiyanın Əsasnaməsinin təkmilləşdirilməsi ilə bağlı işçi qrupun formalaşması elan olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]