Foto Fakt

İNTİHAR (FOTO,VIDEO)

26-02-2017, 18:06
“İntihar etmək... Bu, həm cəmiyyət arasında, həm də dini baxımdan birmənalı olaraq müsbət qarşılanmır. İntihar edən şəxslər qınanılır. Əlbəttə, hər şey kənardan göründüyü kimi deyil. Amma intihar da çıxış yolu deyil.”

Xeberman.com-un məlumatına görə, bunu ifa etdiyi “İntihar” mahnısına çəkdiyi klipi mətbuata təqdim edən müğənni Nərgiz Hüseynli deyib. O, bildirib ki, heç kimin bilmədiyi və yaxud da dərk etmədiyi bir fakt da var ki, bu da bilməyərəkdən intihara aparan yoldur. Müğənni xüsusiylə onu da vurğulıb ki, son illər gənclərin intihara cəhd etmələri xoşagəlməz hallardan biridir:

“Pis vərdişlərimiz və pis əməlimiz həyatımızla riskdir. Siqarət çəkmək, alkoqol düşkünü olmaq, narkotik aludəçisinə çevrilmək və başqa bu kimi amillər bizi intihara aparır. Həmçinin gənclərin sevgi naminə intiharı seçməsi, məncə, düzgün addım deyil. Sevən insan ölməyi deyil, yaşamağı və yaşatmağı bacarmalıdır. Bu məqsədlə klipdə cərəyan edən hadisələr bir növ insanların kənardan özlərini görməsinə yönəlib. Heç kimin intihar etməsini istəmirəm!”

Məlumat üçün bildirək ki, sözləri və musiqisi müğənni Elnar Xəlilova məxsus olan “İntihar” mahnısının aranjeman müəllifi Zakir Əsədovdur. Klipin rejissoru ElgizBabayev, operatoru Kənan İbrahimovdur.

Azərbaycanın səfalı bölgələrindən olan İsmayıllı, Qəbələ və Bakıda çəkilən klipdə aktyorlar Elmir İsmayılov və Orxan Məmmədov, o cümlədən müğənnilər Mirfərhad Həbibi və Aynur Əliyeva rol alıblar.

E.İsmayılov Türikəyinin məşhur “Kurtlar Vadisi Pusu”, “Kara Sevda”, “Arka sokaklar” və başqa seriallarda kaskadyor-aktyor olub. Model olan O.Məmmədov isə Hindistan filmlərində bir neçə rolları ifa edib.

Layihənin ideya müəllifi müğənni Mirfərhad Həbibidir.

Onu da qeyd edək ki, müğənni Nərgiz Hüseynli mərhum sənətçi, əməkdar artist Məhəbbət Kazımovun tələbəsi olub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]