Foto Fakt

Hacı Sərdar Hacıhəsənlinin həbsinə etraz edən 4 nəfərə sutkalıq həbs - FOTO

25-02-2017, 03:41
Xeberman.com "Cenubnews.com" portalına istinadən xəbər verir ki, bu gün Masallıda cümə namazından sonra öz ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərdən bir qismi Masallı Məhkəməsinə aparılaraq onlar barədə İXM-nə əsasən sutkalıq həbs qərarı çıxarılıb.
Məlumata görə, saxlanılanlardan Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka həbs verilib.
Saxlanılanlardan bir qismi müxtəlif pul cərimələri ilə azadlığa buraxılıb.
Sərbəst buraxılan dindarlar bildirir ki, polis tərəfindən işgəncəyə və pis rəftara məruz qalıb.




Administratorla əlaqə

077 611-55-22

[email protected]