Foto Fakt

Texasda məscidə od vurdular - FOTOLAR

30-01-2017, 21:51
ABŞ prezidenti Donald Tramp İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəməndən müsəlmanların ölkəyə girişini yasaqlayandan sonra Birləşmiş Ştatlarda müsəlmanlara qarşı dözülməzlik aksiyaları şiddətlənib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Donald Tramp bununla bağlı sərəncamı imzalayandan cəmi bir neçə saat sonra Texas ştatındakı Viktoriya şəhərində yerləşən məscid yandırılıb. Viktoriya İslam Mərkəzinin (İslamic Center of Victoria) nəzdindəki məscid əvvəllər də ekstremistlərin hücumlarına məruz qalmışdı.

Şəhərin yanğınsöndürmə xidmətinin rəi si Tom Leqler olayla bağlı araşdırmaların sürətləndirilməsi üçün xüsusi xidmət orqanlarından yardım istəyib. Mərkəzin direktoru Şahid Həşmi isə məsciddəki yanğının səbəbləri tam aydınlaşdırılana qədər şayiələr yaymamağı xahiş edib.

"Yanğından əvvəl siqnalizasiya işləməyib. Məscidin qapıları da bağlı qalıb. Lakin yanvarın 21-də gecə kimsə məscidə girərək elektron avadanlığı, o cümlədən noutbukları aparmışdı". 2001-ci ilin sentyabrın 11-də teraktlar olanda müsəlmanlar və qeyri-müsəlmanlar - hamımız bir yerdə idik. Təbii ki, məscid tam təmir ediləcək", - Şahid Həşmi deyib.

Məscidin təmiri ilə bağlı internetdə kampaniya başlayıb. Təmirə gərəkli olan 850 min dolların 511 min dolları artıq yığılıb.



Administratorla əlaqə

077 611-55-22

[email protected]