Foto Fakt

Məsciddə namaza yığışanlar vuruldular: 5 ölü və əylənən donuz - FOTO

30-01-2017, 11:37
Kanadanın Kvebek əyalətindəki Kvebek-Siti şəhərinldə yerləşən məsciddəki gülləbaranda 5 nəfər həlak olub.

Milli.Az CNBS-yə istinadən bildirir ki, şəhərdəki İslam Mədəniyyət Mərkəzinin (Centre Culturel Islamique de Québec) nəzdindəki məscidə hücum olanda orada 94 nəfər vardı. Müsəlmanlar axşam namazına yığışmışdılar.



Mərkəzin rəhbəri Məhəmməd Yənginin dediyinə görə, namaz zamanı məscidə soxulan 3 nəfər atəş açmağa başlayıblar. Daha sonra onlar ikinci mərtəbəyə qalxıblar.

Üzlərində maska olan bu şəxslər "Allahu əkbər!" qışqırırdılar.

Kanadanın baş naziri Castin Trüdo yaşanan olayı "qorxaq hücum" adlandırıb. O, Twitter-dəki akkauntunda yayıb: "Bu gün kanadalılar Kvebek-Sitidə məscidə qorxaq hücum nəticəsində həlak olanlara yas tutur. Həlak olanların və yaralananların ailələrinin yanındayam".



Kvebekin baş naziri Fillip Kuyyar olayı "vəhşi zorakılıq aktı" adlandırıb.

Le Soleil xəbər verib ki, məsciddə gülləbaran törədənlərdən biri 27 yaşlı, Kvebek ləhcəsi ilə danışan şəxs idi. O, "Kalaşnikov" avtomatı ilə silahlanmışdı.



Hücumdan sonra məscidin yanında üz qabığında əylənən donuz fotosu olan açıqca tapılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]