Foto Fakt

Qax sakini qışın oğlan çağında dağ çayında çimib - FOTO

1-01-2017, 18:24
Qaxda yerli sakin şaxtalı havada dağ çayına baş vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonunun 39 yaşlı Ağçay kənd sakini Zaur İsaqov bu işin onun hobbisi olduğunu deyib.

Uzun illərdir idmanla məşğul olan Z.İsaqov Ağçaya girməzdən əvvəl qar vannası qəbul edib, sonra isə suya girib. Onun sözlərinə görə, bu hərəkətləri hansısa bir şəxs hazırlıqsız etsə, bu onun səhhətində ciddi problemlər yarada bilər. Qax sakini həm də qeyd edib ki, qış aylarında dağ çayında çimmək dənizə nisbətdə çox çətindir.

İyirmi üç ildir bu işlə məşğul olduğunu bildirən əlbəyaxa döyüş ustası, ildə iki dəfə dağ zirvələrindən axan çaylarda çimdiyini diqqətə çatdırıb.

 









Administratorla əlaqə

077 611-55-22

[email protected]