Foto Fakt

Azərbaycanda şok olay: qorxu filmi çəkmək istədilər, ölümlə üz-üzə qaldılar / FOTOLAR

23-11-2016, 15:12
Azərbaycanda şok olay: qorxu filmi çəkmək istədilər, ölümlə üz-üzə qaldılar / FOTOLAR

Şəkidə köhnə bir evdə çəkilən ilk qorxu filmi "Xənnas”ın çəkilişi zamanı müxtəlif pananormal hadisələr baş verib.

Bu barədə AZXEBER.COM-a filmin rejissoru Elvin Abdullayev məlumat verib. Onun sözlərinə görə, qorxu filminin çəkiliş prosesi gözlənilməz hadisələrlə yadda qalıb:

"Biz çəkilişlərə başladıqdan bir müddət sonra setdəki bir çox yeni alınan avadanlıqlar sıradan çıxdı. Öncə buna əhəmiyyət belə vermədik, təsadüfi bir şey kimi qiymətləndirdik. Amma bir müddət sonra mənim əlim sındı, səhərisi gün avtomobilim yandı və həmin günün axşamı aktrisamız Pərvin Abdiyeva Bakıda qəzaya düşdü. Bundan başqa setdə boş otaqlardan müxtəlif səslər eşidilib. Bu səsləri lentə almışıq. Hələlik filmin montaj prosesi başlamayıb. Əminəm ki, pananormal hadisələri montaj prosesində daha yaxşı görə biləcəyik. Ən önəmlisi isə filmin ssenarisində nəzərdə tutulan hadisələr çəkiliş prosesində baş verir. Bu nə qədər inanılmaz görünsə də, həqiqətdir”.

Elvin Abdullayev artıq baş verən olaylarla bağlı setdəki bəzi işçilərin işi buraxmaq istədiyini söyləyib. Baş verən hadisələrdən təsirlənənlərdən bəziləri artıq Bakıya geri qayıdıblar. Onun sözlərinə görə, planda çəkilişlər üçün 30 gün ayrılsa da avadanlıqların sıradan çıxması işin ləngiməsinə səbəb olub.





Administratorla əlaqə

077 611-55-22

[email protected]