Elm

Bu universitetlərin tələbələrinə kredit veriləcək – SİYAHI

1-09-2016, 20:38
Bu universitetlərin tələbələrinə kredit veriləcək – SİYAHI

"Maarifçi" Tələbə Kredit Fondu oktyabrın 1-də təhsil haqqı krediti üçün sessiya elan edəcək. Fonddanverilən xəbərə görə, sessiya ayın so nuna kimi davam edəcək.


Xeberman.com bildirir ki, kredit şərtlərində əsas məqamlardan biri valideynlərin gəlirləri ilə bağlıdır. Belə ki, kredit istəyən tələbənin valideynlərin illik gəliri 10 min manat olmalıdır. Fond ancaq əyani təhsil alan, 2,3 və 4 kursda oxuyan bakalavrlar üçün kredit verəcək. Kreditlər yaşı 25-dən az olan tələbələrə veriləcək.
Kredit almaq istəyən tələbənin təhsil göstəriciləri də normal olmalıdır. Ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağı olan və akademik borcu qalan tələbələrə kredit verilməyəcək.

Hansı universitetlərə kredit ayrılacaq?



Fonddan bildiriblər ki, heç də bütün ali məktəblərin tələbələrinə kredit verilmir. Ancaq adı aşağıdakı siyahıda universitetlərə vəsait ayrılacaq.
Bakı Dövlət Universiteti
Azərbaycan Dillər Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Slavyan Universiteti
Gəncə Dövlət Universiteti
Sumqayıt Dövlət Universiteti

Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr aşağıdakı ümumi tələblərə cavab verməlidirlər:

- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Hazırda Fondun təsisçisi olan ali təhsil müəssisələrinin birində təhsil almalı;
- Təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı;
- Valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması).

Kimə güzəşt olar?



Ailə başçısını itirən, valideynlərinin hər ikisini itirən və valideyn himayəsindən məhrum olan, eləcə də sağlamlıq imkanları məhdud olan tələbələrə müəyyən güzəştlər nəzərdə tutulub.
Belə ki, standart təhsil kreditlərində tələbələr ən çoxu 4 min manat v əsait götürə bilərlər. Kreditin illik faiz dərəcəsi 8% müəyyən edilib. Krediti qaytarmaq üçün güzəşt müddəti məzun olduqdan sonra 12 aydır. Bu kreditlər üçün zamin və giov tələb olunmur.
Güzəştli təhsil kreditində isə illik faioz dərəcəsi 6.0%, borcun qaytarılma müddəti isə məzun olduqdan 24 ay sonra, qaytarma müddəti 120 ay müəyyən edilib.
Hərbi xidmətdə olduğunu təsdiq edən sənəd təqdim edildiyi təqdirdə qaytarılma müdddəti əlavə 1 il uzadılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]