Elm

Mikayıl Cabbarova sübut - Köçkün məktəblərinin maxinasyaları

7-01-2016, 10:11
Təhsil sahəsində kifayət qədər islahat aparılsa da, bu sahədə mövcud problemlər durmadan artmaqda davam edir. Təhsil naziri Mikayıl Cabbarovdan çox gözləntilər olsa da, nazir ümidləri doğrultmadı. Düzdür, yeni nazir də kadr islahatları həyata keçirir. Təhsil sahəsində kifayət qədər islahat aparılsa da, bu sahədə mövcud problemlər durmadan artmaqda davam edir. Təhsil naziri Mikayıl Cabbarovdan çox gözləntilər olsa da, nazir ümidləri doğrultmadı. Düzdür, yeni nazir də kadr islahatları həyata keçirir. Xalqxeber.az-ın əldə etdiyi məlumata əsasən Yevlax rayon ərazisində fəliyyət göstərən köçkün məktəblərində bir çox qanunsuzluq baş alıb gedir. Belə ki, Kəlbəcər rayonunun Yevlağın Köbər kəndində, Ferma deyilən ərazisində, Malbinəsi və Salahlı kəndlərində, hətda rayonun mərkəzində fəaliyyət göstərən məktəblərində özbaşınalıq hökm sürür. Əldə etdiyimiz məlumata əsasən Köbər kəndində fəaliyyət göstərən 42 saylı tam orta məktəbində daha çox özbaşınalıqlar var. Belə ki, direktor Hüseyn müəllim məktəbə saxta yollarla şagird yığmaqla məşğuldu, dərslərin keçirilməsi isə sıfıra bərabərdi. Digər bir məlumata əsasən qeyd etmək lazımdır ki, məktəbin derektoru bir çox müəllimlərin əməkhaqqınada barmaq edib. Mənbənin sözlərinə əsasən məktəbdə olan amma keçirilməyən məşğələlərdə direktora yaxın müəllimlərin üstünə yazılır və ayın sonunda müəllimin kartından çıxarılaraq Hüseyn müəllimə verilir. Təhsilin səviyyəsini iflic vəziyyətə salan kadrları işdən azad edir və həmin yerə yeni kadrlar təyin edir. Amma buna baxmayaraq, hələ də bəzi şəxslər layiqli yerdə deyillər. Belə ki, bizə daxil olan məlumatda deyilir ki, Kəlbəər rayonu 85 saylı orta məktəbdə özbaşınalıq hökm sürməkdədir. Sözügedən təhsil ocağında şagirdlərin dərsə davamiyyəti sıfra bərabərdir. Xüsusilə də yuxarı siniflər repititor yanına getdikləri üçün dərslərdə iştirak etmirlər. Əldə etdiyimiz məlumata görə, repititor yanına gedən şagirdlər məktəbdə kimlərləsə sövdələşiblər. Ona görə də məktəbə istədikləri vaxt gəlib, istədikləri vaxt gedirlər. Qeyd edək ki, sözügedən məktəbin direktoru Xəqani müəllimdi. Xəqani bəyin fəaliyyətinin nəticəsi olaraq bu gün 85 saylı orta məktəbdə təhsilin səviyyəsi aşağı düşüb. Şagirdlərin dərsə gəlməmələrinə şərait yaradandirektor təhsil ocağında xoşagəlməz durumun yaranmasına səbəb olub. Bundan başqa müəllimlər də dərslərə biganə yanaşdıqları üçün məktəbdə dərslər boş keçir. Bu isə şagirdlərin və valideynlərin ciddi narazılığına əsas yaradır. Əslində Kəlbəcərin papqa məktəblərindən biridə elə bu məktəbdir. Xəqani müəllimin bütün işləri qanun çərçivəsində yoxlanması üçün aidiyyatı qurumlarada müraciyət edəcəyik. "Ölü" müəllim, şagird və İşçilər diriltməyin vaxtı çatıb. Etibarlı mənbələrin verdiyi məlumata görə, Yevlağın mərkəzində olan 71 saylı məktəb direktoru məktəbinMəktəbi bazara çevirib. Bu yolla maddi gəlir götürməyə çalışan NNazim müəllim şagird və müəllimlərin rahatlığını pozur. Əslində, dövlətə məxsus bir qurumdan öz maraqları üçün istifadə etmək qanunsuzluqdur. Nazim müəllimin belə bir addım atması onu göstərir ki, onun arxasında kimsə dayanıb. Bu cür işə əl atmaq hər kəsin bacaracağı iş ola bilməz. Bəs Görəsən Nazim müəllimin boş keçən dərslərinin pulunu kimlər alır? Bu cür haqsızlığa nə zaman son qoyulacaq? Təhsil Nazirliyindən xahiş edirik ki, şagirdlərin tapdalanan hüquqlarının bərpasında yardımçı olsun". Bizə müraciət edən bir insanlar Yevlaz rayonunun Qoyunbinəsi kəndindəki Kəlbəcər məktəbinin direktorunun fəaliyyəti, işlədiyi müddətdə istintaq qrupu tərəfindən ciddi araşdırılsın və işinə hüquqi qiymət verilsin: "İnanırıq ki, Sizin müdaxiləniz nəticəsində bu təhsil ocağında qayda-qanun bərpa olunacaq, məktəbi bazara çevirənlər cəzasını alacaq və nəhayət, şagirdlərə elm və təhsilin öyrədilməsinə başlanılacaq. Yevlax rayonunda salınmış şəhərcikdə fəliyyət göstərən 30 saylı tam orta məktəb isə bu yazdığımız məktəblərdən fərqlənir. Belə ki, Məktəb təlim-tərbiyə sahəsində qazandığı yüksək nailiyyətlərə görə Kəlbəcərin ən ön məktəbləri sırasındadır. . 2014-2015-cü tədris ilində də məktəbin pedaqoji kollektivi qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edərək yüksək nəticələr əldə etmişdir. Direktor Zahid müəllimin əməyinin nəticəsidir ki, buranı bitirən bir çox şagirdlər bu gün ali təhsil alırlar. Sizlərə uğurlar arzulayırıq. Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də insanlar "ömrü uzun olmayan məqsədə” çatmaq, çirkin işlərini həyata keçirmək, pul, iş, karyera qazanmaq, ali məktəbə qəbul olmaq üçün saxta sənədlərdən, diplomlardan istifadə edirlər. Amma əksər hallarda buna nail olmaq asan olmur, bu cür əməllərin üstü açılır, nəticədə belə istifadəçilər cinayət əməli törədiyinə görə məsuliyyətə cəlb edilirlər. Bizdə ümid edirik ki, adı çəkilən məktəbdə ciddi yoxlamalar aparılmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]