Elm

Gəncə Dövlət Universitetində dekan İldırım Qasımovun özbaşınalıqları bitmək bilmir

31-12-2015, 21:54

Xeyli müddətdir ki, respublika ictimaiyyəti kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universitetinin fizika fakültəsinin dekanı İldırım Qasımovun bəd əməlləri barədə məqalələri oxuyur. Bu məqalələrdə onun cinayət tərkibli əməlləri barədə ciddi ittihamlar irəli sürülübdür. İ.Qasımovun bu ittihamlar qarşısında susqunluğu, onların doğru olması rəyini yaradır.
Mən uzun müddətdir Gəncə Dövlət Universitetində işləyirəm. Hətta İldırım Qasımovla eyni tədris binasında çalışıram və onu çoxdan tanıyıram. İ.Qasımov Gəncə şəhərində elektrik işlədici cihazların təmiri ilə məşğul olan qabiliyyətli usta kimi tanınır. Lakin rüşvətlə asan, tez və çox pul qazanmaq istəyi onu cinayətlər etməyə sövq edib. Lənət şeytana, rüşvət tamahkarı tez yoldan çıxarır. Mətbuatda gedən məqalələrdən aydın olur ki, İ.Qasımov kollektiv arasında çox pis söyüşlər söyür. "Müəllim ” İldırım! Söyüş söymək, yalandan and içmək , qorxaq, aciz, yalançı adamın işidir. Dekan olduğun beş ilə yaxın müddətdə fakültənin əməkdaşları və tələbələri sənin dilindən ən iyrənc söyüşlər eşidiblər. Heç ailə tərbiyəsi görməyən uşaqlar bu söyüşləri bilmirlər.
Yerin də qulağı var, bu söyüşlər gedib ünvanına çatdıqda, həmin adam gəlib yapışır xirtdəyindən, dirəyir səni divara. Dilin-dodağın əsə-əsə, dizlərin titrəyə-titrəyə yalandan and içirsən ki, söyüş söyməmişəm. Andlarınız da elə müqəddəs yerlərə, elə ruhlara olur ki, bilirik ki, cəhənnəmdə onlara cavab verəcəksən.
Ayıbdır, tərgidin bu söyüşləri, olun mədəni insan. Lakin qozbeli heç qəbir də düzəltmir.
Fizika fakültəsi İldırım Qasımovun dekanlıq müddətində çox bərbad hala düşübdür. Tələbələr, "aylığa" hətta "illiyə" buraxılır. Təbii ki, böyük miqdarda pul hesabına.
Gəncə Dövlət Universitetində dekan İldırım Qasımovun özbaşınalıqları bitmək bilmir
Tələbələr deyirlər ki, dekan İ.Qasımov tərəfindən "onun fakültəsində” icazələrə qoyulan qiymətlər qrup nümayəndələri tərəfindən bizlərə elan olunubdur.
1.İki günlük icazə - 10 manat ( bir günlük icazə yoxdur)
2.Həftəlik icazə- 25-30 manat
3.Aylıq icazə- 150 manat
4.Bir semestrlik icazə- 450-500 manat. (Buraya aylıq kollekviumların pulu daxil deyil). 
Hal-hazırda fakültədə imtahanlar gedir..Dekanın rəhbərliyi ilə şıdırığı pul yığılır. İ.Qasımov tədris binasının dəhlizində qışqıra-qışqıra (o, başqa cür danışa bilmir) deyir ki, bu fakültədə mənim beş düşmənim var..Mən onları məhv etməsəm, onlar məni yenidən dekan seçilməyə qoymayacaqlar..Bundan başqa məndən yazan sayt redaktorlarını... da məhv edəcəyəm.
"Müəllim” İldırım, əvvəla, ağıllı adam özünə düşmən qazanmaz. Sənin ağlına isə bütün səni tanıyanlar bələddir. Düşmən dediklərin isə sənin savadsızlığına... etiraz edən müəllimlərdir.
Bu qədər biabirçılıqdan sonra sən yenidən dekan "təyin olunmaq” istəyirsən. Sənin yekəxanalığın, ədan, özündən razılığın, mənəm-mənəm deməyin bütün universitetin kollektivini səndən iyrəndiribdir.

Sənə iki məsləhətimiz var:
1. Lənət şeytana deyin, qayıdın öz köhnə işinizə. Alın videokameranı çiyninizə, başlayın toy və sünnət məclislərini lentə köçürməyə. Kabelləri daşımaq üçün kirvən Yəhyanı özünlə mütləq götür.
2. Deyilənlərə görə sizin fizikadan savadınız çox kasaddır. Bunu sənə kafedra yoldaşların dəfələrlə sübut ediblər. Hətta sən məhşur fizik alimlər Fermi və Dirakın ayrı-ayrı şəxslər olduğunu bilmirsən. Guya savadlı adam kimi hər yerdə tək şəxs kimi Fermidirakdan "sitatlar” gətirirsən. Mən belə başa düşürəm ki, fizika müəllimliyi sənlik deyil. Yaşının keçməsinə baxmayaraq, get universitetin ixtisas dəyişmə fakültəsinin dekanı Muğam müəllimə xahiş et, lap yalvar, qoy sənin ixtisasını dəyişsin. Bəlkə yeni ixtisas düşərli oldu.
Sənin savadsızlığını ört-basdır edən dekan olmağın idi. Bədbəxtçilikdən onun da vaxtı 3-4 aya qurtarır. Ancaq son vaxtlar deyəsən dekan İ.Qasımov digər əməllərinə görə həbs olunacağının fərqindədir. O, başının üstəndəki "qara buludların” sıxlaşdığını hiss edib. Buna görə də İ.Qasımov böyük əsəb sarsıntısı keçirib və dekabrın 14- də, 15-də və 16-da işə çıxmayıbdır.
İ. Qasımovun həbs olunacağı qorxusundan, fakültənin kurs tyutorları qarşıdan gələn imtahan sesiyasinda qorxularından tələbələrdən pul yığmağa qəti etiraz ediblər. Tələbədən imtahan pullarının yığılması qalıb İ.Qasımovun müavini və kirvəsi Yəhya Namazovun öhdəsinə. Bu o, Yəhyadır ki, İ.Qasımov tez-tez onun barəsində kollektiv arasında aşağıdakıları deyir: "Mənim müavinimə baxın ay camaat. Yerisini yeriyə bilmir, yeriyəndə ayaqları bir-birinə dolaşır”.
And içməyin yalandan, bu sözləri sən dəfələrlə deyibsən. Bu sözləri fakültənin əməkdaşları Yəhya müəllimin xəcalət çəkməməsi üçün ona demirlər.
Odda yanmaz, suda batmaz, türmədə yatmaz İ.Qasımovun korrupsiya əməllərinin qarşısı görəsən nə vaxt alınacaq?
Söz-söhbət gəzirki, tələbələr bu barədə Təhsil Nazirliyinə və Respublika Baş Prokurorluğuna müraciət edəcəklər. Onlar deyirlər ki, imtahanlara hazırlaşmağımızın heç bir mənası yoxdur. Sesiya qabağı İldırım müəllim və onun pul yığanlar zəli kimi yapışacaqlar boğazımızdan. Kim imtahana pul verməsə, dekan onu kəsdirəcəkdir. İ.Qasımovun bu əməllərinə dur deyən tapılacaqmı?
Bu şəkillərə diqqətlə baxın! Şəkillər dekabrın 22-də GDU-nun II tədris binasının qarşısında çəkilibdir. Gördüyünüz bu skoçlanmış köhnə qutularda texnologiya müəllimliyi ixtisasının tələbələrinin tədris prosesində istifadə edəcəkləri mikrodalğalı sobalar, elektrik drelləri, mikserləri, çaynikləri, qızdırıcıları və s.avadanlıqlarıdır. Bu avadanlıqlar fakültənin ÜTF və əmək kafedrasının balansındadır. Dekan təyin olunduqdan sonra İ.Qasımov bu cihazları öz malı kimi aparıb illərlə evində və təmir emalatxanasında istifadə edibdir. Dekanlıq müddətinin 2- 3 aydan sonra bitdiyindən və yeni dekanın bu avadanlıqları axtaracagını bilən İ.Qasımov onları indi geri qaytarır. Səkildən göründüyü kimi avadanlıqları daşıyanlar bu avadanlıqlara məsul şəxslər olan və qeyd olunan kafedranın tədris ustaları Saleh Seyidov və Məhəbbət Nəsibovdur.
Bu hərəkətlər vəzifələrindən sui-istifadə etməklə dövlət malının talan edilməsidir. Acgözlük və tamahkarlıq görün bu vəzifəli şəxsləri hansı cinayətləri törətməyə sövq edibdir.
Akif Hüseynov
Səbinə Əliyeva (GDU)
(Pravdainfo.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]