Dünya

İraqın baş naziri Türkiyəni hədələdi

10-10-2016, 13:33
Türkiyə hərbçilərinin Mosul yaxınlığındakı Başika bazasında olması səbəbindən rəsmi Ankara və Bağdad arasında gərginlik davam edir.

Xeberman.com-un məlumatına görə, İraqın baş naziri Heydər əl-Abadi Kərbəla ziyarəti zamanı Mosul əməliyyatı ilə bağlı açıqlama verib.

Baş nazir qeyd edib: "Türkiyənin heç bir şəkildə Mosul əməliyyatına qatılmasına icazə verməyəcəyik. İraq ərazisində olan Türkiyə Silahlı Qüvvələrinə yerlərindən tərpənməmələrini məsləhət görürük".

Administratorla əlaqə

077 611-55-22

[email protected]