Dünya

Ankara Moskvanın tələblərini rədd etdi

16-12-2015, 15:01
Ankara Moskvanın tələblərini rədd etdiTürkiyə vurulmuş Su-24 təyyarəsi üçün Rusiyaya təzminat ödəməyə hazırlaşmır, bunu Türkiyə DİN-in mətbuat katibi Tancu Bilgiç çərşənbə günü bəyan edib, RİA Novosti CNN Türk-ə istinadən məlumat yayıb.

“Rusiyanın vurulmuş təyyarə üçün təzminat tələbini yerinə yetirmək mümkün deyil”, - CNN Türk kanalı Bilgiçin sözlərindən sitat gətirib.

Yeniaxtaris.az xəbər verir ki, Rusiya Daxili işlər nazirinin müavini Aleksey MeşkovRİA Novosti-yə verdiyi müsahibəsində Türkiyə hakimiyyətinin vurulmuş Su-24 təyyarəsi üçün RF-yə təzminat ödəməli və belə şeylərin gələcəkdə baş verməyəcəyinə dair zəmanət verməli olduğunu bəyan etmişdi.

O, Rusiya onun təyyarələrinin Türkiyənin hava məkanını pozmayacağına dair zəmanət verməli olduğunu da əlavə edib.

Rusiya və Türkiyənin münasibətləri noyabrın 24-də Türkiyə qırıcısının Suriyada terror əleyhinə əməliyyat yerinə yetirən Su-24 bombardmançısını vurduqdan sonra böhran vəziyyəti yaşayır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]