Dünya

Gülən Türkiyədə 4 milyard dollar itirdi

1-09-2016, 21:06
Gülən Türkiyədə 4 milyard dollar itirdiTürkiyədə məlum 15 iyul hadisələrindən sonra FETÖ qruplaşmasının nəzarətində olan toplam dəyəri 12 milyard lirədən (4 milyard dollar) artıq mülkə həbs qoyulub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki "Anadolu” agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, son 1 ay yarım ərzində dövlət xəzinəsinin balansına təşkilat mənsublarının nəzarətində olan 2514 ədəd daşınmaz əmlak verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]