Dünya

İspaniya parlamenti Mariano Rahoyu baş nazir vəzifəsinə təsdiq etməyib

1-09-2016, 00:10
İspaniya parlamentinin aşağı palatası Xalq partiyasının lideri, baş nazirin səlahiyyətlərini icra edən Mariano Rahoyu nazirlər kabinetinin rəhbəri vəzifəsinə təsdiq etməyib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermənin ilk turunda M.Rahoyun lehinə 170, əleyhinə isə 180 deputat səs verib.
 
Səsvermənin ikinci turu sentyabrın 2-də keçiriləcək. Bu dəfə təsdiq üçün Mariano Rahoya adı səs çoxluğu kifayət edə bilər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]